Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu
12,20 km
Hərəkət zolağının eni
3,75 m
Hərəkət zolaqlarının sayı
8:12 zolaq
Yol örtüyünün ümumi sahəsi
580 000 m2
Yol geyiminin qalınlığı
910 mm
Asfalt örtüyünün qalınlığı
270 mm
Torpaq işləri
2 800 000 m3
Döşənək lay
182 000 m3
Qırmadaş qarışığı
123 000 m3
Asfaltbeton qarışığı
384 000 ton
Beton işləri
38 700 m3
Körpülərin sayı
3 ədəd
Piyada keçidlərinin sayı
7 ədəd
Müxtəlif diametrli drenaj boruları
39 500 pm
Beton səki daşları
66 000 pm
Polad məhəccərlər
58 000 pm

Azərbaycan Respublikasının Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" haqqında xüsusi sərəncamının yerinə yetirilməsi çərçivəsində "AzVirt" MMC 2007-ci ilin mart ayında "Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması" üzrə işlərə başlamışdır.

"Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və genişləndirilməsi" nəqliyyat vasitələrinin Bakı şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına vaxtında və təhlükəsiz çatmasını təmin edir. Tikilən 8-12 hərəkət zolaqlı yolun 4 zolağı əsas sürətli yol olaraq nəqliyyatın birbaşa hava limanına gediş-gəlişini təmin edir. Layihəyə əsasən yaşayış məntəqələri ərazisində nəqliyyatın daha rahat hərəkəti üçün Böyük Şor dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Hava limanınadək isə 8 zolaqlı yol tikilmişdir. Yolun uzunluğu 12,2 km-dir.

Yolda hərəkətin tənzimlənməsi üçün yol kəsişmələrində üç ədəd müxtəlif səviyyəli yolötürücülərin - qovşaqların (Sabunçu qovşağı, dəmiryolu üzərindən körpü, Suraxanı qovşağı), 1 ədəd kanal üzərindən körpünün, neft borularının keçirilməsi üçün ümumi uzunluğu 120 m olan 6,0 m x 2,5 m ölçülü yeraltı tunelin, 6 ədəd yerüstü və 1 ədəd yeraltı piyada keçidinin tikintisi həyata keçirilib. Yoldan yağış və qurunt sularının kənarlaşdırılması üçün ümumi uzunluğu 39 500 pm olan müxtəlif diametrli drenaj boruları qoyulmuşdur.

Yolun tikintisində Azərbaycanda ilk dəfə olaraq istifadə olunub:

Qırmadaş-mastikalı və polimerli asfalt örtüyü;

Armaturlanmış torpaq istinad divarının tikintisi;

Yolun idarə olunmasının intellektual sistemi;

Layihə üzrə tikinti işləri 2010-cu ildə başa çatdırılmışdır.