Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Tikinti işlərinə 2013-cü ilin may ayında başlanmışdır.
2015-ci il mayın 19-da Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunlüğü 205, ikinci körpünün uzunluğu isə 162 metrdir. Ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər. Bu layihənin reallaşdırılması dəgər tərəfdən metronun “Koroğlu” stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək “Gənclik” stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin edəcəkdir. Yeni avtomobil yolu, həmçinin Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir.