Bitmiş Layihələr
- 2017-2018 - Belqrad - Lyig avtomobil yolunun Obrenovac - Ub hissəsində asfalt işləri (km27+300- km40+645)
- 2014-2017 - Zaqatala hava limanının mövcud uçuş-enmə zolağının uzadılması və perronun genişləndirilməsi
- 2015-2017 - Mingəçevir-Bəhramtəpə Yolunun yenidənqurulmasi, Lot 1: Mingəcevir- Mingəçevir Stansiyası yolu
- 2013-2017 - Altıağac - Xızı avtomobil yolunun yenidənqurulması
- 2011-2016 - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 14,00÷42,00)
- 2012-2016 - E 763 magistral yolunun tikintisi: Belqrad – Juzni Jadran, Serbia
- 2012-2016 - Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun km 24+00 hissəsindən Qala - Pirallahı avtomobil yollarının yenidənqurulması
- 2010-2016 - Bakı şəhəri, Buzovna - Mərdəkan - Qala avtomobil yolunun yenidənqurulması
- 2015-2016 - "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri
- 2011-2015 - Buxarest dairəvi yolunun yenidənqurulması, A1 – DN7 və DN2 – A2, Lot 1: Hissə A1 (km 55+465) – DN7 (km 64+160)
- 2014-2015 - Ağ şəhər layihəsi çərçivəsində avtomobil yollarının tikintisi
- 2013-2015 - Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi 1-ci hissə
- 2013-2015 - Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun, yol qovşaqlarının, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi
- 2013-2015 - Bakı - Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yolların, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi
- 2011-2014 - Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması
- 2013-2014 - Qəbələ rayonu, Mirzəbəyli - Çuxur Qəbələ - Dızaxlı - Çarxana avtomobil yolunun yenidənqurulması
- 2011-2013 - Qəbələ - Ağdaş avtomobil yolunun (0 - 22 km) tikintisi
- 2011-2013 - Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2-4 km hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri
- 2011-2012 - Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolaqlarının, perronun, yönəldici yolların tikintisi və yenidənqurulması
- 2011 - Qəbələ Beynəlxalq Hava Limanının tikintisi
- 2010-2013 - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷14,00)
- 2009-2012 - Heydər Əliyev Beynəlxalq Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması
- 2007-2010 - Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və Təkmilləşdirilməsi, km0+000÷km12.2
- 2007 - «Azalhelikopter» Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması
- 2006-2008 - Zaqatala Hava limanının tikintisi
- 2006-2008 - Lənkəran Beynəlxalq Hava Limanının tikintisi
- 2005-2006 - Heydər Əliyev Beynəlxalq Aeroportunda Kompleks yenidənqurma işləri
- 2004-2006 - Gəncə Beynəlxalq Hava Limanının yenidənqurulması
- 2004-2006 - Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi
- 2004-2005 - «Azal – Oil» müəssisəsi üçün yolların təmiri
- 2004-2005 - Bakı Aeroportunda yeni yönəldici yolun tikintisi və mühəndis - kommunikasiya xətlərinin köçürülməsi
- 2003-2005 - Bakı Aeroportunda ağır tipli (400 ton və yuxarı olan) təyyarələr üçün perronun və sükan yollarının tikintisi
- 2003-2004 - «Azalhelikopter» Aviaşirkətinə məxsus yeni aerovağzal kompleksinin, vertolyot dayanacaqlarının, həmçinin yeni inşa edilmiş binaların ətrafındakı asfaltbeton örtüyünün və yol geyiminin yenidənqurulması
- 2003 - Bakı - Quba avtomobil yolunun 3-8 km hissəsinin yenidənqurulması
- 2002-2004 - Səngəçal terminalı ərazisində daxili yolların tikintisi
- 2002-2004 - Bakı Aeroportunda yük terminalı istiqamətində yolun tikintisi
- 2001-2002 - Bakı Aeroportuna giriş yolunun tikintisi
- 1996-2005 - Bakı şəhəri ərazisindəki küçə və yolların əsaslı təmiri
E 763 magistral yolunun tikintisi: Belqrad – Juzni Jadran, Serbia - 2012-2016
Mərhələ II: Ljig-Pozega:Hissə 1: Ljig – Boljkovci, km 77+118 ÷ km 87+839
Hissə 2: Boljkovci – Takovo, km 87+839 ÷ 100+412
Hissə 3: Takovo – Preljina, km 100+412 ÷ 117+477
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Yolun ümumi uzunluğu - 40,36 km;
Hərəkət zolağının eni - 3,50 m/ 3,75m;
Hərəkət zolaqlarının sayı - 4 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 960 500 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 200 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 8 300 000 m3;
Döşənək lay - 474 900 m3;
Qırmadaş qarışığı - 607 200 m3;
Asfaltbeton qarışığı - 399 100 ton;
Beton işləri - 311 153 m3;
Körpülərin və yol ötürücülərinin sayı - 66 ədəd;
Tunellərinin sayı - 4 ədəd; Drenaj boruları - 71 960 pm;
Səki daşları - 54 300 pm;
Polad məhəccərlər - 12 100 pm;
Serbiyanın mərkəzi hissəsindən – Sumadija və Ostruznica regionlarından (dairəvi yol Е-70/Е-75) keçərək Pozegaya uzanan Belqrad – Cənubi Adriatik avtomobil yolu Serbiya və Monteneqro arasında əlaqələndirici və həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatiklə birləşdirən ən qısa yol rolunu oynayır. Bu regionun yol şəbəkəsi, xüsusilə baş yol M-22 (Ibarska baş yolu) bir sıra sənaye şəhərlərini birləşdirir və (Lazarevac, Gornji Milanovac, Valјevo, Cacak, Pozega, Uzice və s.) və E-75 avtomobil yolu ilə birlikdə Serbiyanın yol-nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir. Hal-hazırda Belqraddan Pozeqaya nəqliyyatın hərəkəti I dərəcəli yollar vasitəsilə təmin edilir (baş yollar M-22 və M-5). M-22 yolunun müəyyən hissələrində nəqliyyatın hərəkətində müşahidə olunan sıxlıq hərəkətin sürətinin və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətli dərəcədə azalmasına, alternativ yolların axtarılmasına səbəb olur. Uzun müddətdir bu problemin həllinə ehtiyac duyulurdu. 70-ci illərdən bəri Belqrad – Cənubi Adriatik avtomobil yolu iqtisadi inkişaf planlarının tərkib hissəsi olub və E-75 yolundan dərhal sonra tikilməsi nəzərdə tutulub. Bu avtomagistral yüksək əhəmiyyətliliyə malik olması, yerli və Avropa yol şəbəkələrində mühüm rol oynamasına görə Avropa yolu (indeks və nömrəsi- E-763) kimi səciyyələndirilir.
Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanan Kredit Sazişinə uyğun olaraq yolun tikinti işlərinə başlanılmışdır.
Layiə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir.
7 noyabr 2016-cı il tarixdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə qeyd olunan avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olmuşdur.
Bundan sonra Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər “AzVirt” şirkətinin müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa etdiyi “Azərbaycan yolu” ilə gedəcəklər.