“Biz təkcə yollar çəkmirik, xalqlar arasında bağlar yaradırıq”
QEYD: Yazı Serbiya mətbuatında yayımlanıb və mahiyyət etibarilə tərcümə edilmişdir.
Mənbə: https://www.nezavisne.com/novosti/drustvo/Azvirt-Ne-gradimo-samo-puteve-stvaramo-spone-medju-narodima/806382
“Azvirt” şirkəti Serbiyada müasir yolların çəkilişində liderə çevrilmişdir. Onlar əldə etdikləri uğura onilliklər ərzində nail olublar. Onlar Vətənlərində - Azərbaycanda magistrallar, yollar, hava limanları, Formula-1 treki və s. ilə böyük iz qoymağı bacarıblar. Uğurlarının sirri nədir? Serbiya bazarına necə gəldilər? Onlar Serbiyada bundan sonra da tikinti işləri aparacaqlarmı? Bu və digər suallara cavab almaq üçün “Azvirt”in Serbiya, Bosniya və Herseqovina üzrə baş direktoru Murat Türkoğluna müraciət etdik.
“Azvirt” iyirmi ildən artıqdır ki, mövcuddur. Beynəlxalq uğurunuzun sirri nədir?
Uğurun heç bir sirri yoxdur. Hər şeyin arxasında həmişə, istər-istəməz, böyük səy və layihəyə mütləq bağlılıq dayanır. İnanırıq ki, işçilərimizin və investorlarımızın etibarlı tərəfdaşı olmaq nəticədə fərq yaradır. Biz hər yerdə eyni dərəcədə çalışırıq. İnfrastrukturda az və ya çox vacib uyğunluqlar yoxdur, çünki hər bir layihə və hər bir layihənin hər bir seqmenti eyni dərəcədə vacibdir. Prinsipcə, keyfiyyət və yüksək standart əsas istiqamətdirsə, nəticə heç də qaçmır. Ola bilsin ki, bəzən biz məqsədə daha çətin yolla çatırıq, amma keyfiyyət, təhlükəsizlik və nəhayət, bütün digər standartlarda güzəştə getmirik. Ona görə də bəzi layihələrin icrasında problemlər olacaq, lakin biz bununla məşğul olmağa hazırıq. Keyfiyyət və komanda işi qlobal səviyyədə tanınan universal bir dildir. Bizim beynəlxalq səviyyədə tanınmağımızın açarı, məşğul olduğumuz yerdə əlimizdən gələni etməkdir.
Ən çox hansı layihələrlə fəxr edirsiniz?
Biz əldə etdiyimiz hər şeylə fəxr edirik. Siz uşaqlarınızı bir-birindən ayıra bilmədiyiniz kimi, biz də layihələrimizi ayıra bilmərik. Amma Azərbaycanda əldə olunan bəzi müstəsna nailiyyətləri nəzərə almasaq, sizə bir sirr deyə bilərəm ki, Ljiqdən Preljinaya qədər olan 40,4 kilometrlik yol bizə həqiqətən qürur hissi verir. Serb tərəfdaşlarımızla birlikdə son dərəcə çətin relyefli yerdə körpü inşa etdik, Serbiya və Azərbaycandan olan 1800 işçinin ərsəyə gətirdiyi 4 tunel, 66 körpü, istinad divarları və bütün digər işləri Serbiya vətəndaşlarına təhvil verdik. Bu, bölgədəki digər layihələr üçün bizdən ötrü sanki şəxsiyyət vəsiqəsi idi. Hər halda komandamız üçün hər bir layihənin özünəməxsus mənası və yeri var.
Yollarla yanaşı, biz aeroportlar tikirik. İndiyədək onlardan 10-nu tikmişik, bəziləri isə nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür.
“Azvirt” şirkətini Serbiya bazarına nə cəlb etdi və təcrübəniz necədir?
Serbiya, hər şeydən əvvəl, əla işçi qüvvəsinə malikdir və bu, yaxşı iş performansı üçün əsas şərtdir. Biz hər şeydə yüksək ixtisaslı və peşəkar əməkdaşlarımızın səmərəliliyinə güvənirik və Serbiyadakı komandamızda işçilərin 90%-i Serbiya vətəndaşlarıdır. Bizdə şirkətə aid olmaq hissi var və artıq qurduğumuz bu üslub və münasibətlərlə fəxr edirik.
Siz tez-tez qeyd edirsiniz ki, təkcə yollar tikmirsiniz, həm də söhbət sizin mədəniyyətinizi başqalarının mədəniyyəti ilə birləşdirən daha güclü əlaqə və körpülərdən gedir. Söhbət nədən gedir?
Bu, sözsüz ki, belədir və tikdiyimiz yollar qədər vacibdir. Biz xalqımızı təmsil edirik və hər zaman yerli adətlərə hörmət edərək mədəniyyətimizi və adət-ənənələrimizi işlədiyimiz mühitə yaxınlaşdırmaq üçün səylərimizi əsirgəmirik. Uzaqda yaşayan insanların nə qədər oxşar ola biləcəyinə təəccüblənərdiniz? Serbiyada biz bunu yaşadıq. Biz inanırıq ki, tikinti özlüyündə xüsusi və imtiyazlıdır, çünki siz arxada qalacaq bir iz buraxmaq imkanı əldə edirsiniz. Xalqlar arasında bağ yaratmaqdan gözəl nə ola bilər. Axı biz bunu hər gün bir çox səviyyədə və bir çox cəhətdən dərk edirik. Bu, təkcə sərgilər və konsertlər deyil, həm də işlədiyimiz hər bir mühitə qarşı şəxsi nümunə və sosial məsuliyyətdir.
Sizin həmçinin Bosniya və Herseqovinada filialınız var və müəyyən tikinti sahələrində iştirak edirsiniz. Bu bazar ilə bağlı təcrübəniz necədir?
Hər bir ölkənin öz xüsusiyyətləri var. Biz hələ də Bosniya və Herseqovina bazarı, eləcə də biznes mühiti ilə tanış oluruq ki, bu da həmişə sadə olmaya bilər, lakin inanırıq ki, bizim universal keyfiyyətli dilimiz bir çoxları tərəfindən də tanınacaq.
Çətinliklərə baxmayaraq, biz başlanığıc verilən hər şeyin uğurla həyata keçiriləcəyinə inanırıq. Axı elə bir layihə yoxdur ki, problemsiz olsun. Amma yol istifadəyə veriləndə ondan sonraya yaxşı işlərin sevinci qalır.
Siz Bosniya və Herseqovinanı Serb Respublikası ilə daha yaxşı birləşdirəcək yolları intensiv şəkildə qurur və üzərində işləyirsiniz. Bir çox vətəndaş tezliklə Bosniya və Herseqovina şəhərlərindən Belqrada daha sürətli və təhlükəsiz getməyin mümkün olacağından məmnundur. Hansı layihələr artıq başa çatıb, hansıların gələcəkdə və nə vaxt həyata keçiriməyi planlaşdırırsınız?
Biz bu yaxınlarda Rumadan Şabatsa qədər ən yüksək peşəkar, beynəlxalq standartlara uyğun tikilmiş 24,6 kilometrlik avtomobil yolunu nəqliyyatın hərəkəti üçün açdıq və bunun davamı olaraq biz Şabats və Loznitsa arasında 55 kilometr uzunluğunda yüksək sürətli yolda çox intensiv işi davam etdirdik. Fəxrlə deyə bilərəm ki, biz Serbiya vətəndaşlarına Rumadan Şabatsa qədər olan magistral yolu Sava üzərində körpü ilə, layihədə nəzərdə tutulan vaxtdan bir ildən tez müddətə təhvil verdik. Sava körpüsü 182 dayaq və 599 svay üzərində dayanır. Müvəffəqiyyəti təkrarlamaq və Şabats - Loznitsa hissəsini müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl başa çatdırmaq üçün əlimizdən gələni edəcəyik.
Bir neçə həftə əvvəl biz Slepçeviçi - Badovinci yolunda işə başladıq ki, bu da bölgədə səfərləri qısaldacaq və Belqraddan Bijeljinaya bir saat beş dəqiqə zaman sərf etməklə Serbiya Respublikası ilə Bosniya və Herseqovina arasında ən sürətli əlaqə olacaq.
Serbiya bazarında on ildən artıqdır ki, mövcuduq. Mən inanıram ki, sizin vətəndaşlarınız artıq Serbiya ərazisindən keçən yollarımızda asfaltın keyfiyyətini və işimizi öz gözləri ilə görmək imkanı əldə ediblər. Biz bazar rəqabətində iştirak edirik, Serb Respublikasında da bütün imkanları izləyirik. Çünki biz etimad qazanmışıq və layihə tələblərinə ən yüksək səviyyədə və ən peşəkar şəkildə cavab vermək imkanını qazanmışıq.
“AzVirt”nın gələcəkdə hansı planları var, açıqlaya bilərsinizmi, sizi hansı mühüm layihələr gözləyir?
Geridə qalan il son dərəcə tələbkar, eyni zamanda uğurlu oldu. Biz Serbiyada iki çox vacib layihəni bitirdik. Hesab edirik ki, ən mühüm layihələr məhz reallaşma mərhələsində olanlardır. Hər bir layihə gələcəkdə yeniliyə gətirib çıxarır və maksimum öhdəlik tələb edir. Bəzən hansı obyektin daha gözəl və ya mürəkkəb olması barədə razılığa gələ bilmirik, lakin bəzən bu, kimin harada məşğul olmasından asılıdır. Hazırda hamı Şabats yaxınlığındakı Sava üzərindəki körpüdən danışır, həqiqətən də onun iki sahil arasında gözəl qurulduğunu deyirlər. Lakin o körpünün gözəlliyinə, o nəhəng tikilinin tikintisi zamanı tətbiq etdiyimiz müasir texnika ilə nail olundu. Əlbəttə ki, Serbiya Hökuməti keyfiyyətə üstünlük verməyimizi, eləcə də işi vaxtından əvvəl bitirməyimizi yüksək qiymətləndirdi.