Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Torpaq işləri
1 560 000 m3
Döşənək lay
285 000 m3
Qırmadaş qarışığı
328 000 ton
Asfaltbeton qarışığı
796 000 ton

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılmışdır.

Uçuş-Enmə zolağının uzunluğu 4 000 m, eni isə 75 m təşkil edir. Yönəldici yolların sahəsi 309 000 m2, perronun sahəsi 210 000 m2-dır.

Layihə üzrə tikintinin atmosfer və qrunt sularından mühafizəsi üçün 9 000 m uzunluğunda açıq kanal, 16 100 m uzunluğunda drenaj və kollektor xətlərinin, 8 500 m uzunluğunda təzyiqli su xətlərinin çəkilməsi və üç nasos stansiyasının tikintisi həyata keçirilmişdir.

20 aprel 2012-ci il tarixində "Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağı" istifadəyə verildi. Hava limanı ən müasir təyyarələri qəbul etmək imkanına malikdir.