“AzVirt” MMC Zəfər yolunun tikintisində aktiv iştirak edir

25 iyun 2021

“AzVirt” MMC Zəfər yolunun tikintisində aktiv iştirak edir

Azərbaycanın aparıcı yol tikinti təşkilatlarından olan “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunan torpaqlarda reallaşdırılan quruculuq işlərində aktiv iştirak edir. Bu təşəbbüslərdən biri olan Zəfər yolunun uzunluğu 101 kilometr olacaq. Yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. “AzVirt” MMC bu yolun tez bir zamanda ərsəyə gəlməsində var gücü ilə çalışır və peşəkar əməkdaşlarını bu işin reallaşdırılmasına cəlb edib.