Azvirt İsveçrə saatı kimi işləyir

21 August 2026

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç avqust ayının 21-də Azərbaycanın AZVİRT şirkətinin inşa etdiyi Slepçeviç-Badovinçi yüksək sürət yolunun tikintisi ilə tanış olub. Azərbaycanlı mütəxəssislərin işini yüksək qiymətləndirən dövlət başçısı bu hissənin dekabrın 19-da açılacağını bildirib. Prezident Vuçiç ölkəsində icra edilən bir çox layihələrdə iştirak edən AZVİRT MMC ilə heç vaxt problem yaşamadıqlarını bildirib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını da çatdırmağı xahiş edib: “AZVİRT İsveçrə saatı kimi işləyir və hamı yaxşı işləyir. Ehtiyac duyduğunuz zaman həmişə yanınızdadırlar. Bu qədər yaxşı işləyə biləcəyiniz az adam var. Çox, ciddi bir şirkətdir. Onlar “Voyvodinanın təbəssümü”nün tikintisi üzərində də işləyirlər. Qardaşım İlham Əliyevi salamlayıram. Ona çoxlu salamlarımı göndərirəm və sizə uğurlu işlər, bol müvəffəqiyyətlər arzulayıram”.

Qeyd edək ki, Slepçeviç - Badovinçi yüksək sürətli yolunun uzunluğu 15,3 kilometrdir. Bu, Şabats-Loznitsa yüksək sürətli yolunun bir qolu olaraq Serb Respublikası ilə əlaqəni təmsil edir. Yol hər istiqamətdə iki zolaqlı olmaqla saatda 100 kilometrə qədər sürətə layihələndirilib və 9 körpünün inşası da nəzərdə tutulub. Hazırda tikintinin 80 faizdən çoxu tamamlanıb. 

MƏNBƏ: https://vojvodinauzivo.rs/vucic-u-bogaticu-deonicu-slepcevic-badovinci-otvoricemo-do-svetog-nikole-19-decembra/