Kvanj tunelində mühüm mərhələ

08 sentyabr 2026

Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında mühüm infrastruktur layihəsinin növbəti mərhələsi başa çatıb. Kvanj tunelinin qazılması tamamlanıb.

Kvanj–Buna avtomobil yolu hissəsinin tikintisini həyata keçirən beynəlxalq konsorsiumun tərkibində Azərbaycan şirkəti - Azvirt də yer alır. Belə ki, konsorsiumda Azvirt Çin Xalq Respublikasının China Road and Bridge Corporation və yerli Hering şirkəti ilə birgə fəaliyyət göstərir. Bu, Balkanlarda böyük infrastruktur layihələrinin reallaşdırılmasında Azərbaycan tikinti şirkətinin beynəlxalq təcrübəsinin daha bir nümunəsi olaraq özünü göstərir.

Qeyd edək ki, növbəti mərhələdə tunelin və yolun tam istifadəyə verilməsi üçün tikinti işləri davam etdiriləcək.