Mingəçevir-Bəhramtəpə Yolunun yenidənqurulmasi, Lot 1: Mingəcevir- Mingəçevir Stansiyası yolu - 2015-2017

Tikinti işlərinə 2016-cı ilin yanvar ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 16,50 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 2 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 168 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 307 000 m3;
Döşənək lay - 146 000 m3;
Qırmadaş qarışığı - 66 700 m3;
Asfaltbeton qarışığı - 107 000 ton;
Körpülərin sayı - 1 ədəd;

Yol üçüncü texniki dərəcədən ikinci texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti işləri nəticəsində yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndirilib. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun bu hissəsində Kürəkçay üzərində biraşırımlı körpünün, 26 dairəvi borunun və digər infrastrukturun yaradılması işləri uğurla icra olunub.

Mingəçevir şəhəri - Mingəçevir dəmir yolu stansiyası avtomobil yolunun yenidənqurulması ilə nəqliyyatın Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Tikinti işləri 2017-ci ilin 16 iyul tarixində başa çatdırılmışdır.