M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot 3, km 53+500 - km 73+500 - 2019

Tikinti işlərinə 2019-cu ilin mart ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 20,00 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 4 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 547 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 290 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 2 055 000 m3;
Döşənək lay - 254 000 m3;
Qırmadaş qarışığı - 231 000 m3;
Asfaltbeton qarışığı - 357 000 ton;
Körpü və yolötürücülərin sayı - 6 ədəd;
Düzbucaqlı d/beton avtomobil tunelləri - 4 ədəd;

Tikinti işlərinin 2021-ci ildə tamamlanması planlaşdırılır.