"Cortanovci" tunelinin tikintisi (Serbiya Respublikası) - 2018

Tikinti işlərinə 2019-cu ildə başlanmışdır.

Ümumi məlumat:
"Čortanovci" tuneli "Belqrad - Stara Pazova - Novi Sad - Subotica - dövlət sərhədi, bölmə: Stara Pazova - Novi Sad" iki xətli dəmiryolu xətlərinin yenidənqurulması, modernləşdirilməsi və tikintisi" layihəsinə əsasən yüksək sürətli dəmir yolu xəttinin bir hissəsidir. Tunelin bu hissəsində layihə sürəti 200 km/saat təşkil edir.
Tünel yerinin mürəkkəb geoteknik şəraitinə görə, "Čortanovci" tuneli hər bir xətt üçün ayrı- ayrılıqda iki ayrı tunel kimi layihələndirilmişdir. Tünel borularının girişdə oxlararası məsafəsi 22,00 m-dir, çıxışda isə 18,00 m-dək azalır.

Tünel aşağıdakı xarakteristikalara malikdir:
Sol tunel borusunun mərkəzdən çıxış portalına qədər uzunluğu: 578,00 m;
Sağ tunel borusunun mərkəzdən çıxış portalına qədər uzunluğu: 543,25 m;
Tunelin ümumi uzunluğu: 1121,25 m;
Tünelin faydalı eni: 8,07 m;
Tünel açıqlığının faydalı hündürlüyü: 7,45 m;
Dəmir-beton tağın minimal qalınlığı: 30,00 sm.

Əsas miqdarlar:
Tuneldə qazma işləri : 90948,0 m3;
Beton: 25996,0 m3;
Püskürmə beton: 26389,0 m3;
Armatur: 3172,7 t;
Polad tağlar: 2674,41 t;
Ø114 polad borular (L = 12,00 m): 115,705,0 m;
Şüşə lifli ankerlər (d = 32mm, L = 12,00 m): 36602,0 m;

Tətbiq olunan texnologiya:
Mövcud geoloji şəraitdə tunel işlərinin yerinə yetirilməsi üçün yeni avstriya metodu tətbiq olunur. Tuneldə planlaşdırılan irəliləmənin orta sürəti gündə 0,75 metrə bərabərdir.

Tikinti işlərinin 2021-ci ilin fevral ayında tamamlanması planlaşdırılır.