M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot1, km 0+000 - km 29+900 - 2018

Tikinti işlərinə 2018-ci ilin mart ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 29,90 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 4 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 693 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 290 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 3 610 000 m3;
Döşənək lay - 469 000 m3;
Qırmadaş qarışığı - 309 000 m3;
Asfaltbeton qarışığı - 541 000 ton;
Körpü və yolötürücülərin sayı - 7 ədəd;
Düzbucaqlı d/beton avtomobil tunelləri - 4 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 1 800 pm;

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək.
Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolu ödənişli olacaq.
Tikinti işlərinin 2020-ci ildə tamamlanması planlaşdırılır.