Bitmiş Layihələr

Zaqatala hava limanının mövcud uçuş-enmə zolağının uzadılması və perronun genişləndirilməsi - 2014-2017

Yenidənqurma işlərinə 2014-cü ilin mart ayında başlanılmışdır.

Əvvəlki uzunluğu 2000 m, eni 35 m olan uçuş-enmə zolağının uzunluğu 3000 m-ə, eni 60 m-ə çatdırılmışdır. Sahəsi 16000 m2 olan perronun sahəsi 30800 m2-ə, sükan yollarının sahəsi 4000 m2-ə çatdırılmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Torpaq işləri (qazma və tökmə torpaq) - 750 000 m3;
Optimal çınqıl qarışığından döşənək layın tikintisi - 47 100 m3;
Optimal qırmadaş qarışığından əsasın alt layının tikintisi - 28 200 m3;
Asfaltbeton qarışığı - 121 000 ton;

Tikinti işləri 2017-ci ilin sonunda başa çatdırılmışdır.