Bitmiş Layihələr

Bakı şəhəri, Buzovna - Mərdəkan - Qala avtomobil yolunun yenidənqurulması - 2010-2016

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 12,70 km;
Hərəkət zolağının eni - 3,50 m;
Hərəkət zolaqlarının sayı - 4 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 265 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 240 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 942 200 m3;
Döşənək lay - 83 400 m3;
Qırmadaş qarışığı - 54 900 m3;
Asfaltbeton qarışığı - 94 500 ton;
Müxtəlif diametrli drenaj boruları - 2 750 pm;
Beton səki daşları - 16 300 pm;

Tikinti işlərinə 2010-cu ilin dekabr ayında başlanılmışdır. 26 may 2013-cü ildə "Buzovna-Mərdəkan-Qala" avtomobil yolunun 1-ci hissəsinin açılışı olmuşdur.
Yolun inşası zamanı bütün infrastruktur yenilənib, işıqlandırma sistemi yaradılıb, yol boyu 3 qovşaq tikilib.
Tikinti işləri 2016-cı ildə tamamlanmışdır.