«AzVirt» MMC - nin laboratoriyası haqqında məlumat

«AzVirt» MMC - nin laboratoriyası 1995-ci ildən fəaliyyət göstərir. Bizim laboratoriyada 20 nəfər ixtisaslı mütəxəssis işləyir. Laboratoriyamızda Almaniya, Türkiyə və Rusiyada istehsal olunmuş avadanlıqlar var. Laboratoriya asfalt-beton zavodda və tikinti sahələrində materialların və tikintinin keyfiyyətinə nəzarət edir.

Aşağıda göstərilən sınaqların aparılması üçün bütün avadanlıqlar var:

  • 1

    Qruntun sınaqları

    • Qruntun nəmliyinin təyini
    • Axıcıiıq həddinin təyini
    • Plastik həddinin və Plastiklik İndeksinin təyini
    • Xətti Büzülmənin təyini
    • Sıxlığın Təyini - Piknometr
    • Qruntun dənəvər tərkibinin təyini (Ələk) – Yaş ələmə
    • Qruntun dənəvər tərkibinin təyini – Hidrometrə Metodu
    • Qruntun sahədə kipləşməsinin təyini
    • Qruntun yükgötürmə qabliyyətinin CBR metodu ilə təyini
    • Qruntun filtrasiyasının təyini
    • Qruntun orqanik tərkibinin təyini
    • pH göstəricisinin təyini
    • Sahədə dinamiki deformasiya modulunun təyini
    • Sahədə statiki deformasiya modulunun təyini
    • Qruntun maksimal sıxlıq və optimal nəmliyinin təyini
  • 2

    Mineral materialların sınaqları

    • Mneral materialların nəmliyinin təyini
    • Sıxlıq və sudmasının təyini
    • Mineral materialların ələk analizi (QOST, DİN, AASHTOO)
    • Yastılıq indeksinin təyini
    • Uzunluq indeksinin təyini
    • Qırmadaşın markasının təyini
    • Los Angeles cihazı ilə yeyilmınin təyini
    • Şaxtaya davamlılığın təyini (natrium sulfatla)
    • Qumekvivalentinin təyini
    • Qırmadaşda doğranmamış hissəciklərin miqdarının təyini
    • Mineral poroşokun sınagı
  • 3

    Betonun sınaqları

    • Betonun çökməsinin sınağı
    • Beton sınaq kublarının Hazırlanması
    • Beton markalarına uygun olaraq dizaynların hazırlanması
    • Beton nümunələrinin sıxılmada möhkəmlik həddinin təyini
    • Şmidt aparatı ilə hazır betonun markasının təyini
    • Betonda olan havanın miqdarınin təyin
    • Sementin markasının təyini
    • Sementin tutma vaxtının təyini
  • 4

    Bitumun sınaqları

    • Bitumun sıxlığının təyini
    • Bitumun penetrasiyasının təyini
    • Alışma temperaturunun təyini
    • Yumşalma temperaturunun təyini
    • Uzanmasının təyini
    • Superveyv proqramı ilə bitumun markasının təyini
      • RTFOT də bitumun köhnəlməsinin təyini
      • PAV aparatında bitumun yüksək təzyiq və temperatur altında qocalmasının təyini
      • DSR aparatında kəsmə modulu və faza bucağının təyini
      • BBR aparatında sərtlik və axıcılığının təyini
    • 7. Bitumun dartılmada gücə müqavimətinin təyini (polimer bitumlar)
    • 8.Şaxtaya davamlılığın təyini
  • 5

    Asaltbetonun sınaqları

    • Asfaltbetonun orta sıxlığının təyini
    • Asfaltbetonun həqiqi sıxlığının təyini
    • Qalıq məsaməlıiıin təyini
    • Məsaməlıiıin təyini
    • Marşall nümuəlrinin hazırlanması və stabilliyin təyini
    • Axıcılıq həddinin təyini
    • Marşall üsulu ilə qarışım dizaynlarının hazırlanması
    • Asafaltbeton qarışığının dənəvər tərkibinin və bitum miqdarının təyini
    • Sahədə nuklerlə kipləşmənin təyini
    • Sahədən korot nümunələrinin kəsilməsi və qalınlıq və kipləşmənin təyini
    • 4 m-lik reyka ilə düzlüyün yoxlanması
    • Sudoymanın təyini