Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷14,00)
2010 - 2013
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Tikinti işlərinə 2010-cu ilin fevral ayında başlanılmışdır.
Bu layihə çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin, 1 ədəd körpü və 1 ədəd yeraltı piyada keçidinin tikintisi başa çatdırılmışdır.
4 iyul 2012-ci il tarixdə Bilgəh qəsəbəsi - Novxanı qəsəbəsi - Sumqayıt şəhəri avtomobil yolunun birinci hissəsinin yenidənqurulması layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin tikintisi başa çatdırılaraq istismara verildi. Ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 62 metr, eni 23,5 metr olan tunel yüksək keyfiyyətlə tikilib istifadəyə verilmişdir. Tunel və istinad divarlarının tikintisi üçün 6 200 m3 beton qarışığı, 650 ton müxtəlif diametrli armatur işlənilmişdir.
Layihə üzrə tikinti işləri 2013-cü ildə başa çatmışdır.