K.Əliyev: “Bizi Serbiyada da qəbul edirlər və tanıyırlar”. MÜSAHİBƏ
“Azvirt” MMC-nin baş direktoru Serbiya mətbuatına müsahibə verib. Müsahibənin tərcüməsini təqdim edirik:
Mənbə: https://blok-vesti.com/gradimo-puteve-za-buducnost-kamil-alijev-generalni-direktor-kompanije-azvirt-prihvaceni-smo-i-priznati-i-u-srbiji/
“Azvirt” üçün keyfiyyet əsas devz olaraq qalır. Gələcəyə aparan yolları inşa edən bir şirkət üçün bu vacib bir faktordur. Asfalt çəkmək bir çoxlarına asan bir proses kimi görünə bilər. Amma onun fəlsəfəsini dərk etmək, bunu araşdırıb daha sonra hansısa yolu və magistralı ortaya çıxarmaq, bax bu, mürəkkəb məsələdir. Hələ üstəlik buna elmi potensialla yanaşdıqda sanki bir əsər yaratmış olursan. Yol təkcə asfalt, beton, müasir texnika, çoxlu işçi qüvvəsi və digər vasitələrdən ibarət deyil. Bu hamımızın bir parçası olduğu infrastruktur layuhəsidir.
30 il olur ki, “Azvirt” özünəməxsus ekskulizivliyi qoruyub saxlaya bilib. Azərbaycan daxilində aparıcı yol tikinti şirkətlərindən birinə çevrilib. Böyüyüb, 2-3 dəfə daha çox kollektivə və imkanlara sahib olub. Şirkətin yaradıcısı professor Əli Musa oğlu Əliyevin miras qoyduğu ənənələr, ixtiralar, müəllif hüquqlarını özündə birləşdirən elmi yanaşmalar bizə ölkə hüdudlarından kənarda da nüfuz qazanmağa imkan verdi. “Azvirt” Azərbaycan dövlətinin dəstəyi ilə bu gün Serbiyada sevilir, qəbul olunur. 11-ci dəhlizin tərkib hissəsi Lig-Prelina magistralı, Belqrad dairəvi yolu, Ruma-Şabats və bunun davanı olaraq bu günlərdə açılışını edəcəyimiz, özüdə təxminən bir ildən də tez müddətə təhvil verəcəyimiz Şabats-Loznitsa yolu Serbiya dövlətində qalan izimiz olacaq. Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstanda da bir sıra yol layihələrimiz icra olunur. Dairəmiz genişlənir. Bilirsiniz niyə, bayaq qeyd etdiyim “Keyfiyyət əsas devzimiz” olduğu üçün.
“Azvirt” hansı ölkədə çalışırsa, hər şeydən öncə o cəmiyyətin bir üzvünə çevrilməyi qarşısına məqsəd qoyur. Yerli insanlarla ünsiyyət qurmaq, kollektivi bir ailə kimi formalaşdırmaq, oranın adətləri və ənənləri ilə hərəkət etmək. Məsələn, Serbiyada 12 ildən çoxdur ki, bu sahədə çalışırıq. Əksər azərbaycanlı işçilərimiz serb dilini bilir. Onların bir çoxunun övladı burada doğulub böyüyür. Serb məktəblərində təhsil alırlar. Yerli televiziyalar onlardan bəhs edən verlişilər hazırlayır, eləcə də Serb TV-ləri azərbaycanlı ailələrini milli bayramlarını qeyd etdiyi vaxtlarda unutmur, ziyarət edirlər. Biz özümüz, yerli icmalarla birlikdə sosial məsuliyyət layihələrindən kənarda dayanmırıq. Azərbaycan-Serbiya ticarət palatası – SACOM-la birlikdə reallaşdırılan tələbə təqaüd prqoramları və s. qeyd etmək olar. Eyni zamanda 50-dən çox daimi serb işçimiz var ki, 10 ildən çoxdur bizimlə çalışır. Yəni, düşünürəm ki, peşəkar iş elə bu yanaşmalardan başlayır. Olduğun cəmiyyətə inteqrasiya edə bilirsənsə, deməli öz sahən üzrə icra edəcəyin layihələr də uğurlu olacaq. Çünki onun əsasında iki xalqın dostluğu və qardaşlığı kimi sarsılmaz fundamental əsas yaradılır.
Bunu hesab edirəm ki, ətraflı şərh etməyə ehtiyac yoxdur. Serbiyanın mərkəzi RTS kanalı bu payız qonağımız oldu. Gəlişlərinin əsas məqsədlərindən biri də elə Formula-1 treki ilə maraqlanmaq idi. Onlar bununla yanaşı “Azvirt”in bir çox layihələri ilə tanış oldular və operativ olaraq da geniş bir reportaj yayımladılar. Mən sadəcə onu deyə bilərəm ki, trekin salınması üzrə müvafiq arxitektor şirkət – Tilke GMBH işə başlamazdan öncə “Azvirt”in işi ilə maraqlandı və üstünlüyü bizə verdilər. Daha sonra isə yanılmadıqlarını dedilər. Bu yoldakı keyfiyyət onunla təsdiqini tapır ki, 8 il ərzində cəmi bir dəfə xırda lokal təmir işləri aparılıb. Ümumilikdə, bunu yaxşı göstərici kimi qiymətləndiriblər.
Biz bir Azərbaycan Brendiyik. Bəli, Serb rəsmilər bəzi açıqlamalarında bizi həm də serb şirkəti kimi qəbul etdiklərini deyirlər. Buna görə Serbiya prezidenti Alaksandar Vuçiç, o cümlədən yerli rəsmi qurumlara, həmçinin Serbiya xalqına minnətdarıq. Görünür etimadı doğrulda bilmişik. Elə düşünürəm ki, “Azvirt” keyfiyyətli işlə yanaşı Serbiyada icra etdiyi layihələrdə vaxtı qabaqlamağı bacaran şirkət kimi də tanıır.
Bir insan üçün övladı əziz olduğu kimi bizim üçün də hər bir layihə əzizdir. Peşəkar mühəndislər layihələri arasında fərq qoymağı xoşlamır. Həm də onları, məsələn, Lig-Prelina ilə Ruma-Şabatsı və ya digər hansılarınısa qarşı-qarşıya qoymaq istəməzdir, müqaisə üçün uyğun olmazdı. Onların hərəsinin öz relyef şəraiti olub, özünəməxsus layihə tələbləri olub. Fəqli məkan, fərqli torpaq strukturu və s. qeyd etmək olar.
54 km-lik ekspress yolu təxminən 15 ay əvvəl təhvil vermək asan məsələ deyil. Vaxtı qabaqlamaq öz yerində, amma keyfiyyəti də qoruyub saxlamaq qarşımıza qoyulan əsas şərtdir. Bəli, hər bir işin çətinliyi olur. Əsas işin optimal idarəetməsini qurmaqdır. Bunu düzgün tənzimləyəndə nəticə də yaxşı olur. Əlbəttə, yerli təşkilatların dəstəyini də unutmaq lazım deyil. Mən “Serbiya Yolları” təşkilatının rəhbəri cənab Alaksandar Antiçə təşəkkürümü bildirmək istəyirəm. Demək olar ki, son 4 il ərzində, bu vəzifəyə təyinatından sonra daim bizimlə olub. Ən azı 2 həftədə bir dəfə bizim tikinti sahəsinə baş çəkib. Hesab edirəm ki, Şabats-Loznitsa tikinti meydançası onun yaddaşında unudulmaz maraqlı qaynar, intensiv iş prosesləri məkanı kimi qalacaq.
Sonda onu da bldirmək istərdim ki, biz iki ölkə münasibətlərinin tərkib hissəsində yer almağımızdan qürur hissi keçiririk. Bizə göstərilən etimada görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Serbiya Prezidenti cənab Alaksandar Vuçiçə bir daha təşəkkür edirik. İnanırırq ki, xalqlar arasında yaradılmasına çalışdığımız dostluq bağları uzun illər davam edəcək və bir ənənə olaraq gələcək nəsillərə də miras olaraq qalacaq.