Ruma – Sabac – Loznica yolu layihəsi çərçivəsində layihələndirmə və tikinti işləri,
Serbiya Respublikası
2020 - 2024
Sifarişçi: Koridori Srbije d.o.o. Belqrad, Kralja Petra 21, Serbiya,
19 Noyabr 2019-cu il tarixində Serbiya Respublikasının Prezidenti Aleksandr Vucicin iştirakı ilə Baş Nazirin müqavini və Tikinti, Nəqliyyat və İnfrastruktur Naziri prof.dr. Zorana Mixaylovic və AzVirt MMC-nin Baş direktoru Kamil Əliyev tərəfindən Ruma-Sabac magistral yolunun və Sabacdakı Sava çayı üzərindəki körpünün də daxil olduğu Sabac-Loznitsa sürət yolunun layihələndirilməsi və tikintisi üçün Ticarət müqaviləsi imzalandı.
Layihənin tamamlanma müddəti bir il, işlərin başa çatma müddəti magistral yol (LOT1) və körpü (LOT2) üçün 3 il, sürət yolu (LOT3) üçün 5 ildir.
LOT2 - Sava çayı üzərindəki körpüdə işlərin başlama tarixi 18 iyun 2020-ci ildir və körpünün tikintisi üzrə işlər davam edir.
Tikinti işlərinə 2020-ci ildə başlanmışdır.
Rəcmi açılış mərasimi 2024-cü il dekabr ayının 29-da baş tutmuşdur.