Bakı - Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yolların, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi - 2013-2015

Tikinti işlərinə 2013-cü ilin aprel ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 7,10 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 4÷6 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 147 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 733 000 m3;
Döşənək lay - 64 000 m3;
Qırmadaş qarışığı - 35 500 m3;
Asfaltbeton qarışığı - 71 600 ton;
Piyada keçidlərinin sayı - 1 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 9 100 pm;
Səki daşları - 19 000 pm;

Prezident İlham Əliyevin iştirakı ilə 8 iyun 2015-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışı keçirilmişdir. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır. Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan piyada keçidi əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.