Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi 1-ci hissə - 2013-2015

Tikinti işlərinə 2013-cü ilin may ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu (qovşaqlarla birlikdə) - 15,00 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 4÷6 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 290 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 1 600 000 m3;
Döşənək lay - 100 000 m3;
Qırmadaş qarışığı - 92 000 m3;
Asfaltbeton qarışığı - 184 000 ton;
Körpülərin sayı - 2 ədəd;
Piyada körpülərinin sayı - 1 ədəd;
Tunellərin sayı - 2 ədəd;
Yeraltı piyada keçidlərinin sayı - 2 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 19 000 pm;
Səki daşları - 50 000 pm;
Polad məhəccərlər - 10 000 pm;

2015-ci il mayın 19-da Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun inşasının birinci hissəsi əsasən Bakı Olimpiya Stadionu ətrafındakı əraziyə düşür. Burada işlər yüksək səviyyədə həyata keçirilib. Yol boyunca 2 körpü inşa olunub. Birinci körpünün uzunlüğü 205, ikinci körpünün uzunluğu isə 162 metrdir. Ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər. Bu layihənin reallaşdırılması dəgər tərəfdən metronun “Koroğlu” stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək “Gənclik” stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin edəcəkdir. Yeni avtomobil yolu, həmçinin Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir.