Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun, yol qovşaqlarının, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi - 2013-2015

Tikinti işlərinə 2013-cü ilin aprel ayında başlanmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 2,20 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 8 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 90 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 972 000 m3;
Döşənək lay - 50 000 m3;
Qırmadaş qarışığı - 29 500 m3;
Asfaltbeton qarışığı - 58 000 ton;
Piyada keçidlərinin sayı - 3 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 3 000 pm;
Səki daşları - 15 300 pm;

Yeni yol Ağ Şəhər bulvarının yaxınlığında yerləşir. Burada istirahət edən insanların hərəkət təhlükəsizliyi üçün yolun tikintisi zamanı hər birinin eni 8 metr olmaqla 3 piyada keçidi də inşa olunub. 2015-ci il mayın 15-də dövlət başçısının iştirakı ilə yolun rəsmi açılışı olmuşdur.