E 763 magistral yolunun tikintisi: Belqrad – Juzni Jadran, Serbia - 2012-2016

Mərhələ II: Ljig-Pozega:
Hissə 1: Ljig (Donji Banyani) – Boljkovci, km 77+118,28 – km 87+839,45
Hissə 2: Boljkovci – Takovo, km 87+839,45 – 100+412,01
Hissə 3: Takovo – Preljina, km 100+412,01 – 117+477,02

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Yolun ümumi uzunluğu - 40,40 km;
Hərəkət zolağının eni - 3,50 m/ 3,75m;
Hərəkət zolaqlarının sayı - 4 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 959 978 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 200 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 10 354 153 m3;
Döşənək lay - 485 508 m3;
Qırmadaş qarışığı - 614 650 m3;
Asfaltbeton qarışığı - 408 794 ton;
Beton işləri - 311 153 m3;
Körpülərin və yol ötürücülərinin sayı - 65 ədəd;
Tunellərinin sayı - 4 ədəd; Drenaj boruları - 82 144 pm;
Səki daşları - 54 322 pm;
Polad məhəccərlər - 12 110 pm;

Serbiyanın mərkəzi hissəsindən – Sumadija və Ostruznica regionlarından (dairəvi yol Е-70/Е-75) keçərək Pozegaya uzanan Belqrad – Cənubi Adriatik avtomobil yolu Serbiya və Monteneqro arasında əlaqələndirici və həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatiklə birləşdirən ən qısa yol rolunu oynayır. Bu regionun yol şəbəkəsi, xüsusilə baş yol M-22 (Ibarska baş yolu) bir sıra sənaye şəhərlərini birləşdirir və (Lazarevac, Gornji Milanovac, Valјevo, Cacak, Pozega, Uzice və s.) və E-75 avtomobil yolu ilə birlikdə Serbiyanın yol-nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir.
Hal-hazırda Belqraddan Pozeqaya nəqliyyatın hərəkəti I dərəcəli yollar vasitəsilə təmin edilir (baş yollar M-22 və M-5).
M-22 yolunun müəyyən hissələrində nəqliyyatın hərəkətində müşahidə olunan sıxlıq hərəkətin sürətinin və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətli dərəcədə azalmasına, alternativ yolların axtarılmasına səbəb olur.
Uzun müddətdir bu problemin həllinə ehtiyac duyulur. 70-ci illərdən bəri Belqrad – Cənubi Adriatik avtomobil yolu iqtisadi inkişaf planlarının tərkib hissəsi olub və E-75 yolundan dərhal sonra tikilməsi nəzərdə tutulub. Bu yol dəhlizi yüksək əhəmiyyətliliyə malik olması, yerli və Avropa yol şəbəkələrində mühüm rol oynamasına görə Avropa yolu (indeks və nömrəsi- E-763) kimi səciyyələndirilir.
Tikinti işlərinin 2016-cı ilin sonunadək tamamlanması planlaşdırılır.