Buxarest dairəvi yolunun yenidənqurulması, A1 – DN7 və DN2 – A2, Lot 1: Hissə A1 (km 55+465) – DN7 (km 64+160) - 2011

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 8,70 km;
Hərəkət zolağının eni - 3,50 m;
Hərəkət zolaqlarının sayı - 2 zolaq;
Torpaq işləri (qazma və tökmə torpaq) - 199 950 m3;
Döşənək lay - 36 900 m3;
Qırmadaş qarışığı - 42 570 m3;
Asfaltbeton qarışığı - 30 700 ton;
Beton işləri - 20 650 pm;
Körpülərin və yolötürücülərin sayı - 7 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 2 800 pm;
Beton səki daşları - 29 800 pm;
Polad məhəccərlər - 26 000 pm;

Bu dairəvi yol Buxarest şəhərinin Şimal-qərbində yerləşir, Buxarestin ətrafından və İlfov bölgəsinin yaxınlığından keçir.
Buxarest dairəvi yolunun yenidənqurulması layihəsi yolda nəqliyyatın hərəkət şəraitinin yaxşılaşdırılması üçün həyata keçiriləcək aşağıdakı işləri əhatə edir:

  • Hazırkı 2 hərəkət zolaqlı yolu 4 hərəkət zolaqlı yola çevirməklə hesabi hərəkət şiddətini artırmaq;
  • Yol təhlükəsizlik işləri (metal və beton məhəccərlər, yol nişanları və.s quraşdırılması);
  • Drenaj sistemlərinin dəyişdirilməsi;
  • Ətraf mühitin təhlükəsizliyinin təmin olunması (səs izolyasiya panelləri).