Davam edən Layihələr
- 2019 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot 4, km 73+500 - km 92+062
- 2019 - Bişkek - Oş yolunun 67km-lik Madaniyyat - Calalabad hissəsinin (km507,5- km 574,5) yenidənqurulması
- 2019 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot 3, km 53+500 - km 73+500
- 2019 - M01 Road Kyiv – Chernigiv – Novi Yarylovychi
- 2018 - "Cortanovci" tunelinin tikintisi (Serbiya Respublikası)
- 2018 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot 2, km 29+900 - km 53+500
- 2018 - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Lot1, km 0+000 - km 29+900
- 2015 - Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi 2-ci hissə
"Cortanovci" tunelinin tikintisi (Serbiya Respublikası) - 2018
Tikinti işlərinə 2019-cu ildə başlanmışdır.Ümumi məlumat:
"Čortanovci" tuneli "Belqrad - Stara Pazova - Novi Sad - Subotica - dövlət sərhədi, bölmə: Stara Pazova - Novi Sad" iki xətli dəmiryolu xətlərinin yenidənqurulması, modernləşdirilməsi və tikintisi" layihəsinə əsasən yüksək sürətli dəmir yolu xəttinin bir hissəsidir. Tunelin bu hissəsində layihə sürəti 200 km/saat təşkil edir.
Tünel yerinin mürəkkəb geoteknik şəraitinə görə, "Čortanovci" tuneli hər bir xətt üçün ayrı- ayrılıqda iki ayrı tunel kimi layihələndirilmişdir. Tünel borularının girişdə oxlararası məsafəsi 22,00 m-dir, çıxışda isə 18,00 m-dək azalır.
Tünel aşağıdakı xarakteristikalara malikdir:
Sol tunel borusunun mərkəzdən çıxış portalına qədər uzunluğu: 578,00 m;
Sağ tunel borusunun mərkəzdən çıxış portalına qədər uzunluğu: 543,25 m;
Tunelin ümumi uzunluğu: 1121,25 m;
Tünelin faydalı eni: 8,07 m;
Tünel açıqlığının faydalı hündürlüyü: 7,45 m;
Dəmir-beton tağın minimal qalınlığı: 30,00 sm.
Əsas miqdarlar:
Tuneldə qazma işləri : 90948,0 m3;
Beton: 25996,0 m3;
Püskürmə beton: 26389,0 m3;
Armatur: 3172,7 t;
Polad tağlar: 2674,41 t;
Ø114 polad borular (L = 12,00 m): 115,705,0 m;
Şüşə lifli ankerlər (d = 32mm, L = 12,00 m): 36602,0 m;
Tətbiq olunan texnologiya:
Mövcud geoloji şəraitdə tunel işlərinin yerinə yetirilməsi üçün yeni avstriya metodu tətbiq olunur. Tuneldə planlaşdırılan irəliləmənin orta sürəti gündə 0,75 metrə bərabərdir.
Tikinti işlərinin 2021-ci ilin fevral ayında tamamlanması planlaşdırılır.