Bitmiş Layihələr

«Azalhelikopter» Aviaşirkətinə məxsus yeni aerovağzal kompleksinin, vertolyot dayanacaqlarının, həmçinin yeni inşa edilmiş binaların ətrafındakı asfaltbeton örtüyünün və yol geyiminin yenidənqurulması - 2003-2004

Yenidənqurma işlərinə 2003-cü ilin sentyabr ayında başlanılmışdır.

Tikinti zamanı 1 900 m2 örtüyün frezlə profilə salınması, 6 068 m3 torpaq işləri görülmüş, 3 152 m3 döşənək lay salınmış, 4 100 ton qırmadaş qarışığı, 7 852 ton asfaltbeton qarışığı döşənmişdir.

2004-cü ilin dekabrında istismara verilmişdir.