Bitmiş Layihələr

"Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri - 2015-2016

Tikinti işlərinə 2015-ci ilin oktyabr ayında başlanılmışdır.

Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların layihəsi "Tilke GmbH" memarlıq bürosu tərəfindən hazırlanıb. 6 kilometr uzunluğunda tras 8 sağ və 12 sol döngə olmaqla cəmi 20 döngədən ibarət olacaq.
Yarışın keçiriləcəyi tras maksimum 340 km/saat sürət üçün nəzərdə tutulub.
Yarışın keçirilməsi üçün Azadlıq Meydanı, Puşkin, Xaqani, Bül-Bül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala, İstiqlaliyyət, Niyazi küçələri və Neftçilər prospektində asfalt örtüyünün iki lay olmaqla yenilənməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 40 000 ton asfaltbeton qarışığının döşənilməsi planlaşdırılır.
Təmir işləri "Tilke GmbH" memarlıq bürosunun asfalt işləri üçün Spesifikasiyasının şərtlərinə əsasən yüksək tələbli Standartlara uyğun olaraq həyata keçirilir.
Mövcud yol örtüyünün tələb olunan səviyyədə profilə salınması 3D TOPCON elektronik avadanlıqları vasitəsilə daha dəqiq səviyyədə həyata keçirilir.
Təmir işlərinin keyfiyyətinə "Hart Consult International GmbH" şirkəti nəzarət edir. Asfalt örtüyünün döşənilməsində "Armapal GL5/15" geosetkalarından istifadə olunur. "Armapal" örtüyə düşən şaquli yükləri örtuk boyu üfiqi istiqamətdə paylayaraq aktiv gərginlikləri və deformasiyaları azaldaraq çatların yaranmasının qarşısını alır. "Armapal" həm də yol geyiminin aşağı laylarından gələn çatların asfaltbeton örtüyə keçməsinin qarşısını alır. Nəticədə örtüyün möhkəmliyi artır və istismar müddəti uzanır.