Bitmiş Layihələr

Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun km 24+00 hissəsindən Qala - Pirallahı avtomobil yollarının yenidənqurulması - 2012-2016

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 21,60 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 4÷6 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 528 000 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 2 600 000 m3;
Döşənək lay - 254 000 m3;
Qırmadaş qarışığı - 216 000 m3;
Asfaltbeton qarışığı - 350 000 ton;
Beton səki daşları - 55 800 pm;
Polad məhəccərlər - 18 880 pm;

Tikinti işlərinə 2012-ci ilin iyul ayında başlanılmışdır.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır.

2016-cı il oktyabrın 14-də Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışı olmuşdur. Yolun birinci hissəsinin uzunluğu 15 kilometrdir. 4 hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib.

Qeyd edək ki, mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin inetnsivliyinə maneçilik törədirdi və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkət etmələrinə şərait yaradır.

Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir.

Onu da deyək ki, layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub.

26 dekabr 2016-cı ildə Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik ikinci hissəsinin açılışı olmuşdur. Yolun inşası Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin “Paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı” əsasında aparılıb.

Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.