Bitmiş Layihələr

Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması - 2011-2014

Tikinti işlərinə 2011-ci il mart ayında başlanılmışdır.

Qeyd olunan layihə çərçivəsində mövcud Aerovağzal terminalında yenidənqurma işləri aparılmış, yeni Terminal binası, Hava hərəkətinə nəzarət qülləsi, yanğınsöndürmə stansiyası, enerji mərkəzi, qalareya, elektron mühafizə hasarı tikilmiş, aerovağzalyanı meydanda kommunikasiya xətlərinin köçürülməsi işləri aparılmış, avtomobil dayanacağının və ona bağlanan avtomobil yollarının tikintisi işləri həyata keçirilmişdir.

2014-cü il aprelin 23-də "Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması" layihəsi çərçivəsində yeni aerovağzal kompleksinin açılışı olub. İldə 6 miliyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 000 m2-dir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.