Bitmiş Layihələr

Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2-4 km hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri - 2011-2013

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 2,80 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 8 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 141 700 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 864 000 m3;
Döşənək lay - 60 000 m3;
Qırmadaş qarışığı - 44 000 m3;
Asfaltbeton qarışığı - 95 600 ton;
Müxtəlif diametrli drenaj boruları - 5 660 pm;
Beton səki daşları - 13 000 pm;
Polad məhəccərlər - 1 500 pm;

Tikinti işlərinə 2011-ci ilin iyun ayında başlanılmış və 2012-ci il mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışı olmuşdur. 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkiz zolaqlı yolun üzərində 4 ədəd yeraltı piyada keçidi də inşa olunmuşdur. Yolun əhəmiyyətini artıran digər mühüm amil onun "Azneft" meydanından Dövlət Bayrağı Meydanına, ordan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.