Bitmiş Layihələr

Qəbələ Beynəlxalq Hava Limanının tikintisi - 2011

Tikinti işlərinə 2011-ci ilin fevral ayında başlanılmış və həmin ilin noyabrın 17-də bütün müasir standartlara cavab verən yeni Qəbələ Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 600 m, eni isə 60 m-dir. Yönəldici yolun sahəsi 26 000 m2, perronun sahəsi 100 000 m2. Tikinti zamanı 2 100 000 m3 torpaq işləri görülmüş, 310 000 ton çınqıl-qum qarışığı, 189 000 ton qırmadaş qarışığı, 271 000 ton asfaltbeton qarışığı döşənmişdir. Hava limanı çəkisi 400 tona qədər olan təyyarələri qəbul etmək imkanına malikdir. Qeyd edək ki, Qəbələ Beynəlxalq Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcəkdir.