Bitmiş Layihələr

Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷14,00) - 2010-2013

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 14,00 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 6 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 472 500 m2;
Asfaltbeton örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri (qazma və tökmə torpaq) - 1 435 000 m3;
Döşənək lay - 244 700 m3;
Qırmadaş qarışığı - 164 000 m3;
Asfaltbeton qarışığı - 277 000 ton;
Körpülərin sayı - 1 ədəd;
Tunellərin sayı - 1 ədəd;
Piyada keçidlərinin sayı - 1 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 37 200 pm;
Beton səki daşları - 107 000 pm;
Polad məhəccərlər - 34 700 pm;

Tikinti işlərinə 2010-cu ilin fevral ayında başlanılmışdır.

Bu layihə çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin, 1 ədəd körpü və 1 ədəd yeraltı piyada keçidinin tikintisi başa çatdırılmışdır.
4 iyul 2012-ci il tarixdə Bilgəh qəsəbəsi - Novxanı qəsəbəsi - Sumqayıt şəhəri avtomobil yolunun birinci hissəsinin yenidənqurulması layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin tikintisi başa çatdırılaraq istismara verildi. Ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 62 metr, eni 23,5 metr olan tunel yüksək keyfiyyətlə tikilib istifadəyə verilmişdir. Tunel və istinad divarlarının tikintisi üçün 6 200 m3 beton qarışığı, 650 ton müxtəlif diametrli armatur işlənilmişdir.

Layihə üzrə tikinti işləri 2013-cü ildə başa çatmışdır.