Bitmiş Layihələr

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması - 2009-2012

Yolun tikintisi işlərinə 2009-cu ilin mart ayında başlanılmışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 18,90 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 8 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 995 000 m2;
Asfalt örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri - 3 528 000 m3;
Qırmadaş qarışığı - 346 000 m3;
Asfaltbeton qarışığı - 645 000 ton;
Körpülərin sayı - 6 ədəd;
Tunellərin sayı - 2 ədəd;
Piyada keçidlərinin sayı - 5 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 61 500 pm;
Beton səki daşları - 145 000 pm;
Polad məhəccərlər - 91 000 pm;

2011-ci il yanvarın 24-də göstərilən layihə çərçivəsində tikintisi başa çatdırılan Hava Limanı və Binə yol qovşaqlarının istismara verilmə mərasimi keçirilmişdir.

Hava Limanı qovşağı - 2 səviyyəli, tam “yonca yarpağı” tipli yol qovşağı olub Zığ qəsəbəsi-Hava Limanı və Bakı şəhəri-Mərdəkan qəsəbəsi istiqamətlərində hərəkətlərin tamamilə təhlükəsiz və maneəsiz tənzimlənməsini həyata keçirir.

Qovşaq yollarının ümumi uzunluğu - 6 757 m, körpünün konstruksiyası - gərginləşdirilmiş dəmirbeton, körpünün uzunluğu 127m, eni 39,8m-dir. Körpünün tikintisi üçün 1 200 mm diametrli 2 190 pm svay vurulmuş, 9 303 m3 beton qarışığı, 1 270 ton müxtəlif diametrli armatur işlənilmişdir. 26ha sahədə abadlaşdırma və qovşağın işıqlandırılması işləri həyata keçirilmişdir.

Binə qovşağı Binə qəsəbəsindən Bakı şəhəri və Mərdəkan qəsəbəsi istiqamətlərində olan hərəkətlərin maneəsiz tənzimlənməsi üçün tikilmişdir. Qovşaq yollarının ümumi uzunluğu - 3 700 m, körpünün konstruksiyası - polad aşırımlı asma körpü, körpünün uzunluğu - 95m, körpünün eni - 27,5m, piyada yolunun eni - 4m-dir. Qeyd etmək lazımdır ki, Binə körpüsü həm də piyada keçidi kimi də istifadə olunacaqdır. Körpünün tikintisi üçün ümumi çəkisi 2 200 tona yaxın polad burğular, 8 600m 3 beton qarışığı, 870 ton müxtəlif diametrli armatur işlənilmişdir. 8ha sahədə abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, müasir suvarma sistemi quraşdırılmışdır və qovşağın işıqlandırılması işləri həyata keçirilmişdir.

2011-ci il oktyabrın 4-də tikintisi başa çatdırılan Mərdəkan yol qovşağının istismara verilmə mərasimi keçirilmişdir.

Mərdəkan yol qovşağı - körpü və tunel olmaqla üç səviyyəli yol qovşağıdır. Körpünün konstruksiyası - gərginləşdirilmiş dəmirbeton (asma tipli), körpünün uzunluğu 225m, eni 23,5m, tunelin ümumi uzunluğu 400m, qapalı hissəsinin uzunluğu 55m-dir. Körpü və tunelin tikintisi üçün 22 000 m3 beton qarışığı, 2 615 ton müxtəlif diametrli armatur işlənilmişdir.

2011-ci il dekabrın 29-da Buzovna qovşağında tunel və yol ötürücüsünün açılış mərasimi keçirilmişdir. Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna yol ötürücüsü və tunelinin inşası da paytaxtın yol nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərdəndir. Tunelin ümumi uzunluğu 365m, keçid eni 17m, qapalı hissənin uzunluğu isə 41,5m-dir. Yol ötürücüsünün və tunelin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunub. İki zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 5 metrdir. Sakinlərin təhlükəsiz keçmələri üçün burada piyada keçidi də inşa olunub.