Bitmiş Layihələr

Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və Təkmilləşdirilməsi, km0+000÷km12.2 - 2007-2010

Azərbaycan Respublikasının Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" haqqında xüsusi sərəncamının yerinə yetirilməsi çərçivəsində "AzVirt" MMC 2007-ci ilin mart ayında "Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması" üzrə işlərə başlamışdır.

Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu - 12,20 km;
Hərəkət zolağının eni - 3,75 m;
Hərəkət zolaqlarının sayı - 8:12 zolaq;
Yol örtüyünün ümumi sahəsi - 580 000 m2;
Yol geyiminin qalınlığı - 910 mm;
Asfalt örtüyünün qalınlığı - 270 mm;
Torpaq işləri - 2 800 000 m3;
Döşənək lay - 182 000 m3;
Qırmadaş qarışığı - 123 000 m3;
Asfaltbeton qarışığı - 384 000 ton;
Beton işləri - 38 700 m3;
Körpülərin sayı - 3 ədəd;
Piyada keçidlərinin sayı - 7 ədəd;
Müxtəlif diametrli drenaj boruları - 39 500 pm;
Beton səki daşları - 66 000 pm;
Polad məhəccərlər - 58 000 pm;

"Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və genişləndirilməsi" nəqliyyat vasitələrinin Bakı şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına vaxtında və təhlükəsiz çatmasını təmin edir. Tikilən 8-12 hərəkət zolaqlı yolun 4 zolağı əsas sürətli yol olaraq nəqliyyatın birbaşa hava limanına gediş-gəlişini təmin edir. Layihəyə əsasən yaşayış məntəqələri ərazisində nəqliyyatın daha rahat hərəkəti üçün Böyük Şor dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Hava limanınadək isə 8 zolaqlı yol tikilmişdir. Yolun uzunluğu 12,2 km-dir.

Yolda hərəkətin tənzimlənməsi üçün yol kəsişmələrində üç ədəd müxtəlif səviyyəli yolötürücülərin - qovşaqların (Sabunçu qovşağı, dəmiryolu üzərindən körpü, Suraxanı qovşağı), 1 ədəd kanal üzərindən körpünün, neft borularının keçirilməsi üçün ümumi uzunluğu 120 m olan 6,0 m x 2,5 m ölçülü yeraltı tunelin, 6 ədəd yerüstü və 1 ədəd yeraltı piyada keçidinin tikintisi həyata keçirilib. Yoldan yağış və qurunt sularının kənarlaşdırılması üçün ümumi uzunluğu 39 500 pm olan müxtəlif diametrli drenaj boruları qoyulmuşdur.

Yolun tikintisində Azərbaycanda ilk dəfə olaraq istifadə olunub:

  • Qırmadaş-mastikalı və polimerli asfalt örtüyü;
  • Armaturlanmış torpaq istinad divarının tikintisi;
  • Yolun idarə olunmasının intellektual sistemi;


Layihə üzrə tikinti işləri 2010-cu ildə başa çatdırılmışdır.