Bitmiş Layihələr

«Azalhelikopter» Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması - 2007

Yenidənqurma işlərinə 2007-ci ilin aprel ayında başlanılmışdır.

Zabrat Hava Limanının yenidənqurulması məqsədilə uçuş-enmə zolağının tikintisi, yönəldici yolların tikintisi, vertolyotlar üçün dayanacaqların tikintisi, ATB ərazisinin abadlaşdırılması, yeni kompleks ərazisinin abadlaşdırılması, avtomobil üçün dayanacaqların tikintisi, giriş yolunun yenidənqurulması, daxili dayanacağın tikintisi, işıqlanma sistemi və naviqasiya işləri görülmüşdür. 218 000 m3 torpaq işləri görülmüş, 67 000 m3 çınqıl-qum qarışığı, 65 000 ton qırmadaş qarışığı, 85 900 ton asfaltbeton qarışığı döşənmişdir.

Layihə üzrə tikinti işləri 2007-ci ilin dekabr ayında başa çatmışdır.