Bitmiş Layihələr

Zaqatala Hava limanının tikintisi - 2006-2008

Zaqatala Hava Limanının aerodrom ərazisinin, yük terminalının ətrafının, vağzalyanı meydanın və hava limanına giriş yolunun yenidənqurulması.

Yenidənqurma işlərinə 2006-cı ilin avqust ayında başlanılmışdır.

Uçuş-enmə zolağının (80 763 m2), perronun (10 450 m2), yönəldici yolların (2 743 m2), hava limanına giriş yolunun və daxili yolların (19 496 m2) yenidənqurulması məqsədilə 219 000 m3 torpaq işləri görülmüş, 75 000 ton çınqıl-qum qarışığı, 50 000 ton qırmadaş qarışığı, 79 000 ton asfaltbeton qarışığı döşənmişdir, 658 pm qapalı drenaj işləri aparılmışdır.

19 sentyabr 2008-ci ildə hava limanının istismara verilmə mərasimi keçirilmişdir.