Bitmiş Layihələr

Lənkəran Beynəlxalq Hava Limanının tikintisi - 2006-2008

Lənkaran Hava Limanının aerodrom ərazisinin, yük terminalının ətrafının, vağzalyanı meydanın və hava limanına giriş yolunun yenidənqurulması.

Yenidənqurma işlərinə 2006-cı ilin mart ayında başlanılmışdır.

Uçuş-enmə zolağının (210 789 m2), yönəldici yolların (40 267 m2), hava limanına giriş yolunun (18 330 m2), yük terminalının (33 648 m2) yenidənqurulması məqsədilə 750 000 m3 torpaq işləri görülmüş, 230 000 ton çınqıl-qum qarışığı, 125 000 ton qırmadaş qarışığı, 214 000 ton asfaltbeton qarışığı döşənmişdir, 9 000 pm qapalı drenaj işləri aparılmışdır, torpaq yatağının dayanıqlığını artırmaq məqsədilə 240 000 m2 geoqrid döşənmişdir.

2008-ci ilin 08 oktyabrında hava limanı istismara verilmişdir.