Bitmiş Layihələr
- 2017-2018 - Belqrad - Lyig avtomobil yolunun Obrenovac - Ub hissəsində asfalt işləri (km27+300- km40+645)
- 2014-2017 - Zaqatala hava limanının mövcud uçuş-enmə zolağının uzadılması və perronun genişləndirilməsi
- 2015-2017 - Mingəçevir-Bəhramtəpə Yolunun yenidənqurulmasi, Lot 1: Mingəcevir- Mingəçevir Stansiyası yolu
- 2013-2017 - Altıağac - Xızı avtomobil yolunun yenidənqurulması
- 2011-2016 - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 14,00÷42,00)
- 2012-2016 - E 763 magistral yolunun tikintisi: Belqrad – Juzni Jadran, Serbia
- 2012-2016 - Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun km 24+00 hissəsindən Qala - Pirallahı avtomobil yollarının yenidənqurulması
- 2010-2016 - Bakı şəhəri, Buzovna - Mərdəkan - Qala avtomobil yolunun yenidənqurulması
- 2015-2016 - "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri
- 2011-2015 - Buxarest dairəvi yolunun yenidənqurulması, A1 – DN7 və DN2 – A2, Lot 1: Hissə A1 (km 55+465) – DN7 (km 64+160)
- 2014-2015 - Ağ şəhər layihəsi çərçivəsində avtomobil yollarının tikintisi
- 2013-2015 - Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi 1-ci hissə
- 2013-2015 - Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun, yol qovşaqlarının, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi
- 2013-2015 - Bakı - Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yolların, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi
- 2011-2014 - Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması
- 2013-2014 - Qəbələ rayonu, Mirzəbəyli - Çuxur Qəbələ - Dızaxlı - Çarxana avtomobil yolunun yenidənqurulması
- 2011-2013 - Qəbələ - Ağdaş avtomobil yolunun (0 - 22 km) tikintisi
- 2011-2013 - Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2-4 km hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri
- 2011-2012 - Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolaqlarının, perronun, yönəldici yolların tikintisi və yenidənqurulması
- 2011 - Qəbələ Beynəlxalq Hava Limanının tikintisi
- 2010-2013 - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tikintisi (km 0,00÷14,00)
- 2009-2012 - Heydər Əliyev Beynəlxalq Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun yenidənqurulması
- 2007-2010 - Bakı şəhəri, Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və Təkmilləşdirilməsi, km0+000÷km12.2
- 2007 - «Azalhelikopter» Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması
- 2006-2008 - Zaqatala Hava limanının tikintisi
- 2006-2008 - Lənkəran Beynəlxalq Hava Limanının tikintisi
- 2005-2006 - Heydər Əliyev Beynəlxalq Aeroportunda Kompleks yenidənqurma işləri
- 2004-2006 - Gəncə Beynəlxalq Hava Limanının yenidənqurulması
- 2004-2006 - Şəmkir-Qazax avtomobil yolunun yenidənqurulması və təkmilləşdirilməsi
- 2004-2005 - «Azal – Oil» müəssisəsi üçün yolların təmiri
- 2004-2005 - Bakı Aeroportunda yeni yönəldici yolun tikintisi və mühəndis - kommunikasiya xətlərinin köçürülməsi
- 2003-2005 - Bakı Aeroportunda ağır tipli (400 ton və yuxarı olan) təyyarələr üçün perronun və sükan yollarının tikintisi
- 2003-2004 - «Azalhelikopter» Aviaşirkətinə məxsus yeni aerovağzal kompleksinin, vertolyot dayanacaqlarının, həmçinin yeni inşa edilmiş binaların ətrafındakı asfaltbeton örtüyünün və yol geyiminin yenidənqurulması
- 2003 - Bakı - Quba avtomobil yolunun 3-8 km hissəsinin yenidənqurulması
- 2002-2004 - Səngəçal terminalı ərazisində daxili yolların tikintisi
- 2002-2004 - Bakı Aeroportunda yük terminalı istiqamətində yolun tikintisi
- 2001-2002 - Bakı Aeroportuna giriş yolunun tikintisi
- 1996-2005 - Bakı şəhəri ərazisindəki küçə və yolların əsaslı təmiri
"Formula-1 Avropa Qran Pri" yarışlarının keçirilməsi üçün təmir işləri - 2015-2016
Tikinti işlərinə 2015-ci ilin oktyabr ayında başlanılmışdır.Bakıda keçiriləcək "Formula-1" mərhələsi üçün yolların layihəsi "Tilke GmbH" memarlıq bürosu tərəfindən hazırlanıb. 6 kilometr uzunluğunda tras 8 sağ və 12 sol döngə olmaqla cəmi 20 döngədən ibarət olacaq.
Yarışın keçiriləcəyi tras maksimum 340 km/saat sürət üçün nəzərdə tutulub.
Yarışın keçirilməsi üçün Azadlıq Meydanı, Puşkin, Xaqani, Bül-Bül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala, İstiqlaliyyət, Niyazi küçələri və Neftçilər prospektində asfalt örtüyünün iki lay olmaqla yenilənməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 40 000 ton asfaltbeton qarışığının döşənilməsi planlaşdırılır.
Təmir işləri "Tilke GmbH" memarlıq bürosunun asfalt işləri üçün Spesifikasiyasının şərtlərinə əsasən yüksək tələbli Standartlara uyğun olaraq həyata keçirilir.
Mövcud yol örtüyünün tələb olunan səviyyədə profilə salınması 3D TOPCON elektronik avadanlıqları vasitəsilə daha dəqiq səviyyədə həyata keçirilir.
Təmir işlərinin keyfiyyətinə "Hart Consult International GmbH" şirkəti nəzarət edir. Asfalt örtüyünün döşənilməsində "Armapal GL5/15" geosetkalarından istifadə olunur. "Armapal" örtüyə düşən şaquli yükləri örtuk boyu üfiqi istiqamətdə paylayaraq aktiv gərginlikləri və deformasiyaları azaldaraq çatların yaranmasının qarşısını alır. "Armapal" həm də yol geyiminin aşağı laylarından gələn çatların asfaltbeton örtüyə keçməsinin qarşısını alır. Nəticədə örtüyün möhkəmliyi artır və istismar müddəti uzanır.