Bitmiş Layihələr

Gəncə Beynəlxalq Hava Limanının yenidənqurulması - 2004-2006

Gəncə Hava Limanının uçuş-enmə zolağının, perronun, yönəldici yolların və Gəncə-Qazax yolundan hava limanına qədər asfaltbeton yolunun yenidənqurulması işlərinə 2004-cü ilin sentyabr ayında başlanılmışdır.

Uzunluğu 3 300 m olan uçuş-enmə zolağının (208 758 m2), perronun (100 000 m2), yönəldici yolların (76 000 m2), hava limanına giriş yolunun (60 000 m2) vağzalyanı meydanın və perron daxili yolun (9 120 m2) yenidənqurulması məqsədilə 720 000 m3 torpaq işləri görülmüş, 260 000 ton çınqıl-qum qarışığı, 150 000 ton qırmadaş qarışığı, 320 000 ton asfaltbeton qarışığı döşənmişdir, 3 350 pm açıq və 1 006 pm qapalı drenaj işləri aparılmışdır. Müqayisə üçün demək olar ki, Gəncə Hava Limanında döşənilmiş asfaltbeton və qırmadaş qarışığının miqdarı uzunluğu 45km və hərəkət zolaqlarının sayı 4 olan magistral avtomobil yolunun tikilməsinə kifayət edir.

2006-cı ilin oktyabrında hava limanı istismara verilmişdir.