Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Yolun ümumi uzunluğu
2,80 km
Hərəkət zolağının eni
3,75 m
Hərəkət zolaqlarının sayı
8 zolaq
Yol örtüyünün ümumi sahəsi
141 700 m2
Asfaltbeton örtüyünün qalınlığı
270 mm
Torpaq işləri
864 000 m3
Döşənək lay
60 000 m3
Qırmadaş qarışığı
44 000 m3
Asfaltbeton qarışığı
95 600 ton
Müxtəlif diametrli drenaj boruları
5 660 pm
Beton səki daşları
13 000 pm
Polad məhəccərlər
1 500 pm

Tikinti işlərinə 2011-ci ilin iyun ayında başlanılmış və 2012-ci il mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışı olmuşdur. 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkiz zolaqlı yolun üzərində 4 ədəd yeraltı piyada keçidi də inşa olunmuşdur. Yolun əhəmiyyətini artıran digər mühüm amil onun "Azneft" meydanından Dövlət Bayrağı Meydanına, ordan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.