Bitmiş Layihələr

Bakı Aeroportunda ağır tipli (400 ton və yuxarı olan) təyyarələr üçün perronun və sükan yollarının tikintisi - 2003-2005

Yenidənqurma işlərinə 2003-cü ilin dekabr ayında başlanılmışdır.

Bakı aeroportunda ağır tipli təyyarələr üçün perronun və sükan yollarının tikintisi məqsədilə 77 000 m2 örtüyün frezlə profilə salınması, 69 400 m3 torpaq işləri görülmüş, 97 000 m3 döşənək lay salınmış, 68 000 ton qırmadaş qarışığı, 56 000 ton asfaltbeton qarışığı döşənmişdir.

2005-ci ilin fevralında istismara verilmişdir.