Elektron Mətbuat
- "AzerTAg" - 16.07.2020
Azərbaycan şirkəti Serbiyada körpü inşasına başlayır - Press.az - 01.07.2020
Bakı-Rusiya ödənişli avtomobil yolunun 30 kilometrlik hissəsinin tikintisi yekunlaşır - İnşaatçı - 20.02.2020
O, müdrik ağsaqqal, böyük müəllim və mühəndis idi… - "AzerTAg" - 26.12.2019
Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub - Kurir.rs - 05.12.2019
Serbiya Prezidenti Vuçiç ŠABAC-LOZNIC avtomobil yolunun tikintisinin açılış mərasimində - "AzerTAg" - 23.11.2019
Serbiya hökuməti Azərbaycan şirkəti ilə yeni layihəyə dair müqavilə imzalayıb - "AzerTAg" - 18.11.2019
Azərbaycan şirkəti Serbiyada yol tikəcək - Çerniqov xəbərlər lenti - 02.07.2019
Ukraynanın Çerniqov vilayətində M-01 avtomobil yolunun tikintisi və əsaslı təmiri "AzVirt" Azərbaycan şirkəti tərəfindən həyata keçiriləcək. - SarajevoTimes - 16.05.2019
Agreement worth 76 million Euros signed for Construction of New Shares of A1 Highway - SeeNews - 14.05.2019
Bosnia to sign 76.6 mln euro road construction deal with Azvirt-Hering consortium - Trend.az - 03.11.2018
Azərbaycan Serbiyada sayca ikinci yol layihəsinə başlamağı planlaşdırır - LB.ua - 01.11.2018
Черниговскую трассу на отрезке Киев - Кипти отремонтирует азербайджанская AzVirt - tazabek.kg - 27.10.2018
Строительство автодороги Маданият—Жалал-Абад начнется в 2019 году - "AzerTAg" - 28.07.2018
Azərbaycan şirkəti daha bir uğura imza atdı - kabar.kg - 12.06.2018
Реконструкцией дороги Маданият – Джалал-Абад займется компания «АзВирт» из Азербайджана - "AzerTAg" - 22.05.2018
Prezident Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib - Экономические известия - 22.01.2018
Азербайджанское предприятие «АзВирт» планирует строить дороги и объекты инфраструктуры в Украине - "AzerTAg" - 14.12.2017
Zaqatala Beynəlxalq Aeroportu yenidənqurmadan sonra istismara verilib - "AzərTAc" - 26.12.2016
Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib - "AzərTAc" - 01.12.2016
Azərbaycanın tikinti şirkətləri Ukraynada keçirilən tenderlərin qalibi olublar - "AzərTAc" - 10.11.2016
Belqraddan Qərbi Avropaya “Azərbaycan yolu” ilə - "AzərTAc" - 09.11.2016
“AzVirt” şirkəti Belqrad ətrafında yol tikintisində iştirak edəcək - "AzərTAc" - 07.11.2016
Serbiyada avtomagistralın açılışı - "AzərTAc" - 18.06.2016
Bakı treki beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib - "AzərTAc" - 05.03.2016
Mingəçevir-Bəhramtəpə yolunun yenidən qurulması işlərinə başlanılıb - "AzərTAc" - 08.06.2015
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yolları və Bayıl bulvarında piyada keçidi istifadəyə verilib - "AzərTAc" - 19.05.2015
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib - "AzərTAc" - 15.05.2015
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nobel qardaşları prospektinə paralel inşa olunmuş dənizkənarı yolun açılışında iştirak edib - "AzərTAc" - 16.04.2015
Serbiyanın Baş naziri Aleksandr Vuçiç “AzVirt” MMC-də olub - eKapija - 16.04.2015
Possible cooperation between Serbia and Azerbaijan's Azvirt on new infrastructure projects - "AzərTAc" - 28.01.2015
"AzVirt" MMC Serbiya və Rumıniyada magistral yolların tikintisində iştirak edir - "AzərTAc" - 24.01.2015
Bakı-Ələt avtomobil yolunun bir hissəsində işlərin 80-85 faizi yekunlaşıb - "AzərTAc" - 21.01.2015
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə çəkilən yolun Bakının infrastrukturunda böyük əhəmiyyəti olacaq - "AzərTAc" - 27.12.2014
Belqradda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib - Business Time - 17.12.2014
Состоялась церемония вручения премии Azeri Business Award 2014 - InterFaks - 02.10.2014
Сербский вице-премьер осталась довольна ознакомлением со строительством дороги азербайджанской компанией - "US-Television.TV" - 08.07.2014
Leading Infrastructure Development Company a Proud Partner of the Government - "Milli.az" - 14.05.2014
Bakıda "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimi - "Milli.az" - 16.01.2014
"İlin Şirkəti" Milli Mükafatı - "Imho.az" - 2013
Аэропортовское шоссе - мой гость - иностранец был в шоке от увиденного! - "AzərTAc" - 25.05.2013
Bakıda Ağ Şəhər bulvarının təməli qoyulmuşdur Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir - "AzərTAc" - 26.05.2013
Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak etmişdir - "Milli.az" - 25.04.2013
"UĞUR" Milli Mükafatının təqdimetmə mərasimi keçirilib - The Business Year - 2013
Roads for All - "Председник Републике Србије" - 25.03.2013
Председник Николић са Кемалом Алијевим - "Milli.az" - 06.12.2012
2012-ci ilin ən yaxşı şirkətləri bəlli oldu - "AzərTAc" - 04.07.2012
Azərbaycan Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olmuşdur - "AzərTAc" - 07.05.2012
Prezident İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir - "Milli.az" - 25.04.2012
"UĞUR 2011" mükafatı - "AzərTAc" - 20.04.2012
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmişdir - "Mie.Gov.Rs" - 20.04.2012
Тадић: Коридор 11 је замисао који смо заједно креирали министар Мркоњић и ја у Националном савету за инфраструктуру - "AzərTAc" - 10.04.2012
Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - "Apa.az" - 09.04.2012
«Serbiya Koridorları d.o.o.» və «AzVirt» şirkətləri arasında Serbiyada avtomagistral yolunun tikintisi ilə bağlı müqavilə imzalanıb - "Apa.az" - 06.04.2012
Azərbaycan parlamenti Serbiyaya ayrılacaq 308 mln. avroluq krediti ratifikasiya edib - "Apa.az" - 16.03.2012
Azərbaycan parlamenti Serbiya ilə imzalanmış kredit sazişinin ratifikasiyasına hazırlaşır - "Trend.az" - 03.02.2012
Serbiyada yol tikintisi üzrə layihənin baş podratçısı Azərbaycanın AZVİRT şirkətidir - "AzərTac" - 29.12.2011
Prezident İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir - "Apa.az" - 19.11.2011
Azərbaycan şirkəti Rumıniyada avtomobil yolunun inşasında iştirak edəcək - "Rambler.ru" - 19.11.2011
Азербайджанская компания выиграла тендер в Румынии - "Trend.az" - 31.10.2011
«İlin şirkəti-2011» Milli mükafatının sahibləri məlum oldu - "Milli.az" - 20.12.2010
2010-cu ilin “İlin Şirkəti” Milli Mükafatının laureatları açıqlandı
Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AZVİRT" MMC-nin baş direktoru Əli Əliyev vəfat edib - 23.04.2016
Aprelin 23-də gecə saatlarında Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AZVİRT" MMC-nin baş direktoru Əli Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Əliyev Əli Musa oğlu 1933-cü il may ayının 20-də Ermənistan Respublikası Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmiş və Abbasqulu Bəy Şadlinskinin «Qırmızı Taborunda» batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən «xalq düşməni» adı altında tutularaq türməyə göndərilən Musa kişinin ailəsi Qazaxstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Uşaqlıq və məktəb illəri burada keçən Ə. Əliyev 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirdikdən sonra Frunze Sənaye Texnikumunun «Şəhər yollarının və körpülərin tikintisi» fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin «Yolmühəndistikinti» trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük magistrallardan olan Frunze-Oş avtomobil yolunun, Narın çayı üzərində bir neçə körpünün, o cümlədən uzunluğu 99 m-ə çatan asma körpünün və uzunluğu 2,4 km olan tunelin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet Ordusu sıralarında xidmət etmişdir.
1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və oranı 1965-ci ildə bitirmişdir.
1972-ci ildə Bakı şəhərində yeni yaradılmış «Xüsusiləşdirilmiş yol tresti»nə rəis təyin edilmişdir.
Ə.M.Əliyev istehsalat fəaliyyəti ilə bərabər elmi axtarışlarla məşğul olmuş, 1973-cü ildə «Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi» mövzusunda namizədlik dissertasiyası, 1984-cü ildə isə «Asfaltbetonun regenerasiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Professor Ə.M.Əliyevin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hal-hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.
1985-ci ildə Ə.Əliyev istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpü və tunellər» kafedrasında pedoqoji fəaliyyət göstərmişdir.
1989-cu ildə «Avtomobil yolları, körpü və tunellər» kafedrası üzrə professor alimlik dərəcəsi almışdır.
Ə.M.Əliyev 1999-cu ilin dekabrından vəfat edənədək «AZVİRT» MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.
Professor Ə.M.Əliyevin rəhbərliyi altında «Azərbaycan Respublikasında asfaltbeton örtüklü yol və aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik» texniki-normativ sənədi hazırlanmış və Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir və 01 iyun 2004-cü il tarixdən qüvvəyə minmişdir.
2005-ci ilin iyulunda Qırğızıstan Hökumətinin dəvəti ilə qardaş Respublikada səfərdə olan professor Ə.M. Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə «Qırğızıstan-Azərbaycan Dostluq Körpüsü» adı verilmiş və körpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.
Ə.M.Əliyev «Qırmızı Əmək Bayrağı» ordeni ilə, bir çox medallarla və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. "İnşaatçılar günü" peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 844 saylı 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ə. M. Əliyev tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
Ə.M.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, «Yol-tikinti materialları», "Avtomobil yollarının və aerodromların tikintisi" (4 cilddə), "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi", «Nəqliyyat magistrallarının tikintisinin əsasları», "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat", "Yol və aerodrom tikintisi materiallarının struktur formalaşması" və s. kitabları çap edilmişdir. 25-dən çox ixtira və patentin müəllifidir.
Ə.M.Əliyevin həyatı və elmi-praktiki yaradıcılığı haqqında azərbaycan, türk, rus və ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.
Allah rəhmət etsin!