Bakı - Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yolların, mühəndisi qurğuların və yeraltı piyada keçidlərinin tikintisi
2013 - 2015
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Tikinti işlərinə 2013-cü ilin aprel ayında başlanmışdır.
Prezident İlham Əliyevin iştirakı ilə 8 iyun 2015-ci il tarixdə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışı keçirilmişdir. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır. Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan piyada keçidi əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.