Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:

Torpaq işləri
720 000 m3
Çınqıl-qum qarışığı
260 000 ton
Qırmadaş qarışığı
150 000 ton
Asfaltbeton qarışığı
320 000 ton
Açıq drenaj işləri
3 350 pm
Qapalı drenaj işləri
1 006 pm

Gəncə Hava Limanının uçuş-enmə zolağının, perronun, yönəldici yolların və Gəncə-Qazax yolundan hava limanına qədər asfaltbeton yolunun yenidənqurulması işlərinə 2004-cü ilin sentyabr ayında başlanılmışdır.

Uzunluğu 3 300 m olan uçuş-enmə zolağının (208 758 m2), perronun (100 000 m2), yönəldici yolların (76 000 m2), hava limanına giriş yolunun (60 000 m2) vağzalyanı meydanın və perron daxili yolun (9 120 m2) yenidənqurulması işləri aparılmışdır.

Müqayisə üçün demək olar ki, Gəncə Hava Limanında döşənilmiş asfaltbeton və qırmadaş qarışığının miqdarı uzunluğu 45 km və hərəkət zolaqlarının sayı 4 olan magistral avtomobil yolunun tikilməsinə kifayət edir.

2006-cı ilin oktyabrında hava limanı istismara verilmişdir.