“Azərbaycan Qran Prisi”nə doğru: Hər şey maşınlarda deyil, asfaltda da nəsə var. Serb mətbuatı prof. Ə.Əliyevdən yazır
Yazı serb dilində: https://www.nedeljnik.rs/u-susret-velikoj-nagradi-azerbejdzana-nije-sve-u-bolidima-ima-nesto-i-u-asfaltu/
Serbiya mətbuatında Azvirt şirkətinin təsisçisi professor, texnika elmləri doktoru Əli Əliyevin elmi əsasları əsasında inşa olunan Formula treki barədə yazı dərc olunub. Tərcüməsini təqdim edirik:
Azərbaycan 2016-cı ildən Formula-1 yarışlarına ev sahibliyi edir. Bu ilin sentyabrında dünya şöhrətli Formula 1 pilotlarının uzunluğu təxminən 6 km olan, 20 çətin döngədən ibarət qədim Bakı şəhəri - İçərişəhər ətrafında sürətli yarışa növbəti dəfə start vermələrinin səkkiz ili tamam olur. Və maksimal sürəti 340 km/saatdır. Formula-1 yarışı indi bu ölkənin adı ilə “Azərbaycan Qran Prisi” adlanır.
İlk baxışdan sürətli yarış, əyləncə, turist axını və nəhayət maraqlı idman tamaşası görmək mümkündür. Amma hər şeydən əvvəl pilotun belə sürətlə hərəkət etməsinə imkan verəcək trekin təhlükəsizliyi məsələsi ön plana çıxır. Bu sözün həqiqi mənasında etibarlılıq haqqında bir hekayədir. Sürücünün özü təhlükəsizlik texnikasına yiyələnmiş peşəkar sürücü ola bilər. İllərlə bu yarışda mübarizə aparan peşəkar olaraq o, çempion adını qazanmağı bacarıb. Amma onun avtomobilinin təhlükəsiz hərəkətini təmin edən keyfiyyətli yolun olması daha vacibdir. Bu baxımdan Azərbaycan Qran Prisinin keçirildiyi trek dünyanın ən yaxşı treklərindən biri hesab olunur. Təsəvvür edin, səkkiz ildə bu yolun cəmi bircə dəfə xırda təmirə ehtiyacı olub.
Azərbaycanda Formula üçün trekin tikintisi yol tikintisində dünya brendlərindən olan “Azvirt” MMC-yə həvalə edilib. Bu təsadüf deyil. 2016-cı ildə bu işə ilk dəfə başlanılan zaman məsləhətçi təşkilatlar, o cümlədən “Herman Tilke” GMBH memarlıq təşkilatı “Azvirt” üzərində dayanmalı oldu. Məşhur olduqları üçün yox. Ən cəlbedicisi onların elmə əsaslanan texnologiyası, yəni ixtiraları və müxtəlif kompozisiyalarda təqdim etdikləri asfalt təbəqəsi idi. Necə deyərlər, onlar Formula yarışlarına nəzərdə tutulan yollar üçün xüsusi düstur hazırlamağa nail olublar.
Budur, biz keçən əsrin sonunda, təxminən 30 il əvvəl, “Azvirt”in təsis edildiyi zaman inşa edilmiş Formula-1 yollarının təhlükəsizliyinin sərhədlərini aşmış asfaltın yaradılmasının uğurunun mahiyyətinə və hekayəsinə gəlirik. Azərbaycan və Almaniya (Azərbaycan və Almaniyadan olan WIRTGEN şirkəti) birgə müəssisəsi kimi yaranarkən şirkətin təsisçisi, professor, texnika elmləri doktoru Əli Musa oğlu Əliyev “Azvirt”in elmi əsaslarla yaradılmasına başlamışdır. Onun elmi araşdırmaları və ixtiraları onların vizit kartı rolunu oynayır və bu gün də hər yerdə etibarlıdır.
Şirkət Azərbaycanda ilk dəfə olaraq asfalt-betonun mastik və polimerlə qarışığını tətbiq edib. İstehsal olunan asfalt-betonda aktivləşdirilmiş mineral tozlardan istifadə olunur. Bu, asfalt-beton örtüyünün yenilənməsinə gətirib çıxarır. Suya, şaxtaya və yüksək temperatura davamlılığı artır, çatlama riski minimuma endirilir. Ağır avtomobillərin zərərli təsirlərinə qarşı müqaviməti artır, çəkilən yolun istismar müddəti uzadılır. Bu günədək bu üsulla 130 yüksək keyfiyyətli körpü, 30 tunel, 800 km-ə yaxın yol, 9 beynəlxalq hava limanının uçuş-enmə zolağı, təyyarə dayanacaqları və digər obyektlər tikilib ki, bu da onun necə bir ixtira olduğunun bariz nümunəsidir.
Bu üslub “Azvirt” şirkətinə öz ölkəsində yol tikintisində lider mövqe tutmaqla yanaşı, magistral və hava limanının uçuş-enmə zolağının tikintisi layihələri üçün beynəlxalq bazara çıxış imkanı vermişdir.
Nəzərə alsaq ki, “Azvirt” şirkəti Serbiyada 10 ildən artıqdır uğurla fəaliyyət göstərir, belə qənaətə gəlmək olar ki, bu inqilabi texnologiya həm ölkəmizdə, həm Bosniya və Herseqovinada, həm də digər ölkələrdə avtomobil yollarının tikintisində tətbiq edilir.
“Azvirt”in baş direktoru Kamil Alıyev bizimlə söhbətində dedi ki, atasının patenti ilə istehsal olunan asfaltın keyfiyyətinə və əhəmiyyətinə biganə qalmaq mümkün deyil: “İlk növbədə, bu, mənim uzun illərdir rəhbərlik etdiyim “Azvirt”də çalışan bizim hamımız üçün gözəl təməldir. Yüksək keyfiyyətli yolların tikintisi ənənəsini davam etdirmək bizim borcumuzdur. Hazırda dünyada asfalt istehsalı üçün müxtəlif başqa üsullardan istifadə olunur, lakin atamın hazırladığı asfalt növü bu sahənin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir”.
Təbii ki, uğur hekayəsinə son qoymaq, məqalənin əvvəlində bəhs etdiyimiz Formula-1 yarışları üçün belə yüksək keyfiyyətli trekin qurulmasının səbəbləri artıq heç kimə sirr deyil. Böyük alim Ə.Əliyevin yuxarıda qeyd etdiyimiz elmi yanaşmalarının məhsulu, şübhəsiz ki, dünya standartı yaratmışdır. Beləliklə, “Azvirt” 30 ildir ki, təsisçisinin tanınan texnologiyası ilə “Gələcəyin Yolları”nı uğurla və təhlükəsiz şəkildə qurur.