“AzVirt”də bitumun tərkibi necə zənginləşdirilir?
“AzVirt” MMC istehsalat prosesləri ilə yanaşı elmi-tədqiqat işlərini də paralel olaraq davam etdirir. Azərbaycanda ilk dəfə olaraq məhz bu Şirkət, ABŞ-da PCG üsulu ilə bitum sınaqlarının aparılması üçün nəzərdə tutulan RTFOT, PAV, DSR, BBR müasir cihazlarını alaraq ölkəyə gətirib və müsbət nəticələrə nail olunub.
Bildiyimiz kimi Azərbaycanda yalınız bir növ bitum istehsal olunur. Azərbaycanın yol-iqlim zonalarına nəzər yetirsək, hər bir zonada yol və ya hava limanlarının uçuş-enmə zolaqlarının və perronların) tikintisi zamanı yerli iqlim şəraitinin nəzərə alınması şərtdir. Beləliklə, elmi-tədqiqat işləri ilə ölkədə mövcud olan bitumun xüsusiyyətləri layihələrin icra olunduğu məkanların iqlim şərtlərinə cavab verən formaya gətirilir. Bunun üçün yeni polimer qatqılardan istifadə olunur və lazımı yapışqanlığa malik yüksək keyfiyyətli bitum əldə edilir. Bu istiqamətdə elmi fundemantal işlər hazırda “AzVirt” MMC-nin labratoriyasında davam etdirilir.
Onu da qeyd edək ki, Şirkət icra etdiyi layihələrdə bu məqama həssaslıqla yanaşır.