“AzVirt”də Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi

27 sentyabr 2021

“AzVirt” MMC-nin rəhbərliyi Vətən Müharibəsinin iştirakçısı olan şirkətin əməkdaşları ilə görüşüb. Onlar Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut, Şuşa və digər istiqamətlərdə döyüşlərə qatılıblar, göstərdikləri igidliklərə görə medallarla təltif olunublar. Onların bir qismi “AzVirt” MMC-də çalışarkən Vətən Müharibəsinə qatılıblar. Əksəriyyəti isə döyüşlər başa çatandan sonra şirkətdə işə qəbul olunublar. Hal-hazırda bu işçilərin çoxsu işğaldan azad olunan Füzuli, Zəngilan və Laçın rayonlarında “AzVirt” MMC-nin icra etdiyi hava limanları və yol tikinti layihələrində çalışırlar. Biz onlarla qürur duyuruq, fəxr edirik!