2006

Azərbaycanda ən yüksəkkeyfiyyətli yol layihələrinin gerçəklədirilməsi

"AzVirt" Azərbaycanda ən yüksək dünya standartlarına cavab verən "hava limanı yolunu" inşa etməklə yol tikintisi sektorundakı liderliyini bir daha təsdiqlədi.
Həmin layihə Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı" əsasında həyata keçirildi. "Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı Avtomobil Yolunun Yenidənqurulması və genişləndirilməsi" adlandırılan bu layihə nəqliyyat vasitələrinin Bakı şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına vaxtında və təhlükəsiz çatmasını təmin edir.

2019-cu ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olaraq Beynəlxalq hava limanı yolunun inşasını xatırladıb “AzVirt” şirkətinin işini təqdir etmişdir.
"Siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəyə verdiniz, bu günə qədər orada demək olar ki, heç bir problem yoxdur. Yolu on bir il ərzində belə vəziyyətdə saxlamaq üçün, əlbəttə, böyük təcrübə və keyfiyyət olmalı idi. Ona görə bu yolu da eyni keyfiyyətlə çəkməlisiniz..."