1995

Azərbaycanda ilk dəfə olaraq qırmadaş-mastikalı və polimerli asfaltbeton örtüyünün tikilməsi

Avtomobil yollarının yüksək beynəlxalq tələblərə cavab verməsi üçün "AzVirt" şirkəti inkişaf etmiş ölkələrin bu sahədə yüksək elmi nailiyyətlərini öyrənərək onları öz təcrübəsində tətbiq edir. "AzVirt" Azərbaycanda qırmadaş-mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən ilk şirkətdir. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə edilir ki, bu ixtiranın patenti şirkətin təsisçisi professor Əli Əliyevə məxsusdur. Hazırda həmin asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.

Aparılan sınaqlar bu növ asfaltbeton örtüyünün bir sıra üstünlüklərini göstərir:

rütubətə, şaxtaya, yüksək istiliyəvə sürüşməyə davamlılıq;

çatların əmələ gəlməsi riskinin minimalladırılması;

ağır yüklərin dağıdıcı təsirinə dözümlülük;

bituma qənaət olunması;

asfaltbeton örtüyün istismar müddətinin artması.