Vc dəhlizinin tikintisi,
Hissə: Počitelj - Bijača,
Kəsik Počitelj-Zvirovići,
LOT 2: Počitelj körpüsü,
Bosniya və Herseqovina
2019 - 2024

Texniki göstəricilər və iş həcmləri:

Yolun uzunluğu
945 m
Hərəkət zolaqlarının sayı
6 zolaq
Hərəkət zolağının eni
3.75 m (4 x hərəkət zolağı), 2.50 m (2 x çiyin)
Torpaq işləri
100,000 m3 (qazma=82,000 m3, dolğu=18,000 m3)
Asfalt işləri
1,600 m3
Beton işləri
40,000 m3
Körpülərin sayı
1 ədəd

Sifarişçi: PE Autoceste FBiH, Adema Buca 20, Mostar, Bosniya və Herseqovina

Bu layihə AzVirt tərəfindən Konsorsium partnyorları Powerchina və Sinohydro ilə birlikdə həyata keçirilir.

Poçitelj körpüsü Neretva çayının üzərindən 945 m uzanan qabaqcadan gərginləşdirilmiş beton döşənək tavası ilə keçir. Beş əsas aşırımların uzunluğu 147 m, iki kənar aşırımların uzunluğu isə 105 m-dir. (105 + 5×147 + 105 = 945m).

Döşənək tavasının 21,92 m eninə kəsiyi sabit və dəyişkən dərinliyə malik birkameralı boşluqdur. Kənar aşırımlarda boşluqların sabit dərinliyi 3,6 m olduğu körpü konstruksiyasının digər hissələrində; aşırım mərkəzlərində dərinlik minimum 3,6 m və dayaqlarda maksimum 8,0 olur (konsol metodu).

Dayaz nazik divarlı boşluq kimi dizayn edilmiş dayaqların eninə kəsiyi tikinti və istismarda struktur yüklərin fuksionallığı kimi dəyişkən həndəsi quruluşa malikdir. Dayaqlar 92m, 97m, 92m, 91m, 88m və 66m hündürlüyündədir. Bütün dayaqların körpü konstruksiyasının üst hissəsinə monolit bağlantısı var.

Kənar dayaqlar eləcə də dayaq S1 və S6, bünövrənin dərin olmayan hissəsində, dayaq S2, S3, S4 və S5 isə Ø1500 svayların üzərində (hər dayaq üçün 25 ədəd) qurulmuşdur. Svaylar 25m (dayaq S2), 15m (dayaq S3), 28 m (dayaq S4) və 20-23m (dayaq S5) uzunluqlarındadır.

Tikinti işləri 2024-cü ildə tamamlanmışdır.