Mərhələ II: Ljig-Pozega:
Yolun texniki göstəriciləri və fiziki iş həcmləri:
Ümumi təsvir
Serbiyanın mərkəzi hissəsindən – Sumadija və Ostruznica regionlarından (dairəvi yol Е-70/Е-75) keçərək Pozegaya uzanan Belqrad – Cənubi Adriatik avtomobil yolu Serbiya və Monteneqro arasında əlaqələndirici və həmçinin Belqradı və onun ətraf ərazilərini Cənubi Adriatiklə birləşdirən ən qısa yol rolunu oynayır. Bu regionun yol şəbəkəsi, xüsusilə baş yol M-22 (Ibarska baş yolu) bir sıra sənaye şəhərlərini birləşdirir və (Lazarevac, Gornji Milanovac, Valјevo, Cacak, Pozega, Uzice və s.) və E-75 avtomobil yolu ilə birlikdə Serbiyanın yol-nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil edir. Hal-hazırda Belqraddan Pozeqaya nəqliyyatın hərəkəti I dərəcəli yollar vasitəsilə təmin edilir (baş yollar M-22 və M-5). M-22 yolunun müəyyən hissələrində nəqliyyatın hərəkətində müşahidə olunan sıxlıq hərəkətin sürətinin və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətli dərəcədə azalmasına, alternativ yolların axtarılmasına səbəb olur. Uzun müddətdir bu problemin həllinə ehtiyac duyulurdu. 70-ci illərdən bəri Belqrad – Cənubi Adriatik avtomobil yolu iqtisadi inkişaf planlarının tərkib hissəsi olub və E-75 yolundan dərhal sonra tikilməsi nəzərdə tutulub. Bu avtomagistral yüksək əhəmiyyətliliyə malik olması, yerli və Avropa yol şəbəkələrində mühüm rol oynamasına görə Avropa yolu (indeks və nömrəsi- E-763) kimi səciyyələndirilir.
Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanan Kredit Sazişinə uyğun olaraq yolun tikinti işlərinə başlanılmışdır.
Layihə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir.
7 noyabr 2016-cı il tarixdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə qeyd olunan avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olmuşdur.
Bundan sonra Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər “AzVirt” şirkətinin müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa etdiyi “Azərbaycan yolu” ilə gedəcəklər.